Azərbaycanın tanınmış alimi vəfat etdi
13:59 18.06.2020
Hadisə
711
Tanınmış kimyaçı alim, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Ziyafəddin Həmid oğlu Əsədov iyunun 18-də 70 yaşında vəfat edib.
AMEA-dan bildirilib ki, Ziyafəddin Əsədov 1950-ci il iyulun 19-da Bakı şəhərində anadan olub. O, 1967-ci ildə Bakı şəhərindəki 39 saylı orta məktəbi gümüş medalla bitirib və həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsinə qəbul olub. 1972-ci ildə ali təhsilini başa vurduqdan sonra alim təyinatla Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işə başlayıb.
O, 1973-1976-cı illərdə SSRİ EA A.V.Topçiyev adına Neft-Kimya Sintezi İnstitutunda aspirantura təhsili keçib, 1979-cu namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. Z.Əsədov 2003-cü ildə professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.
Alim 1976-2002-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb, 2002-ci ildə yeni yaradılmış Səthi-aktiv reagentlər və preparatlar laboratoriyasına müdir təyin olunub.
Qeyd edək ki, iyunun 17-də AMEA-nın müxbir üzvü Ziyafəddin Əsədovun koronavirusa yoluxması ilə bağlı xəbər yayılmışdı.
Çalışdığı institutdan Ziyafəddin Əsədovun özünü yaxşı hiss etmədiyi üçün artıq 3 həftədir işə çıxmadığı bildirilmişdi.
Lent.az alimin özü ilə əlaqə saxlamışdı. O, iyunun 17-də Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirildiyini müayinələr və test aparıldığını bildirmişdi: “Xəstəxanaya bu gün gəlmişəm. Müayinə və test ediblər. Amma hələ koronavirusa yoluxub-yoluxmadığım məlum deyil”.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat