"Azəriqaz": "Binada partlayış nəticəsində daha üç mənzilə ziyan dəyib, qaz təminatı tam dayandırılıb"
Yusif Nəzərli
14:17 02.01.2023
Hadisə
378
"Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində daha üç mənzilə və liftin şaxtasına da ziyan dəyib, qaz təminatı tam dayandırılıb".
"Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev jurnalistlərinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda "Azəriqaz" aid olan məsələlərlə bağlı işlər yerinə yetirilir: "Binada təhlükəsizlik qaydalarına tam əməl olunduqdan və kəmərlər yoxlanıldıqdan sonra Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra binaya qazın verilişi bərpa olunacaq. İlkin olaraq, ehtimal edirik ki, hadisə qaz sızmasından baş verib. Hadisə zamanı digər üç mənzilə və liftin şaxtasına da ziyan dəyib".
Qeyd edək ki, bu gün saat 16 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.
Hadisə nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm