Putin: Ukraynalılar və Ukrayna hərbçiləri “bizim tərəfə keçməlidir”

Rusiya Prezidenti Vladimir Putin Ukrayna xalqına və Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə müraciət edib. Sherg.az xəbər verir ki, Putin ukraynalıları gələcək və övladları barədə düşünməyə, ümumi məqsədlər naminə səyləri birləşdirməyə çağırıb.

Rusiya lideri bildirib ki, Ukraynada baş verən müharibənin əsas səbəblərindən biri ölkələrin parçalanması və xarici qüvvələrin öz maraqlarından istifadə etməsidir. Onun sözlərinə görə, Ukraynanın müstəqillikdən sonra bir sıra sənaye sahələrini itirməsinin səbəbi də hakimiyyətin “patriotlar deyil, millətçilər” tərəfindən ələ keçirilməsi olub.

Putin Ukrayna hərbçilərinə də müraciət edərək onları təslim olmağa çağırmadığını vurğulayıb. O, hərbçiləri “ümumi və doğru tarix tərəfinə” keçməyə səsləyib. 

Rusiya Prezidenti həmçinin bildirib ki, müasir müharibələrdə üstünlük yalnız silahların texniki imkanlarından deyil, düşünmə və qərarvermə sürətindən asılıdır.  Pasted text(20261121-060000)