Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin qardaşı məhkəmə zalında həbs edilib
Yusif Nəzərli
12:06 10.02.2023
Hadisə
316
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətldə təqsirləndirilən Rahib Lətifov, xuliqanlıqda ittiham olunan qardaşları Qorxmaz Lətifov və Ramil Lətfovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
“Report” xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Məhkəmənin qərarı ilə hazırda zamində olan qardaşlardan biri Qorxmaz Lətifovun barəsindəki qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, ötən il noyabrın 27-də, saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisində 1996-cı il təvəllüdlü İrşad Əliyevə və dostu 2000-ci il təvəllüdlü Fərid Əliyevə bıçaqla xəsarətlər yetirilməsi, yetirilmiş xəsarətlər nəticəsində Fərid Əliyevin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Müəyyən edilib ki, İrşad Əliyev və Fərid Əliyev tanışları Sabunçu qəsəbə sakinləri - Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları ilə Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi, 41 ünvanında yerləşən kafenin qarşısında şəxsi münasibətlər zəminində mübahisə ediblər.
Mübahisə zamanı Rahib Lətifov bıçaqla Fərid Əliyevə və İrşad Əliyevə xəsarətlər yetirib, Ramil Lətifov və Qorxmaz Lətifov isə silah qismində istifadə etdikləri vasitələrlə İrşad Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
İstintaq orqanı tərəfindən Rahib Lətifovun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə, Ramil və Qorxmaz Lətifovların barəsində isə Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə ittiham elan edilib. Rahib Lətifov barəsində həbs qəti imkan tədbiri seçilsə də, Ramil və Qorxmaz barəsində başqa yerə getməmək qətimkan tədbiri müəyyən edilmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hiperaktiv olan uşaqlara valideynlər üçün 10 vacib tövsiyə
03:44 28.05.2026
Cəmiyyət
Çağla özündən 13 yaş kiçik sevgilisi ilə...
03:13 28.05.2026
Şou
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya