Dəhşət: Ögey ana altı yaşlı qızını vəhşicəsinə döyüb kəndirlədi
07:41 25.07.2020
Hadisə
724
Astarının Ərçivan kəndində 6 və 10 yaşlı bacı-qardaş ata və ögey ananın işgəncəsinə məruz qalıblar.
News24.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Məmmədov Əlihəsən Cavid oğlu və 2014-cü il təvəllüdlü Məmmədova Ruqayə Cavid qızı atası Məmmədov Cavid və analığı Mirzəyeva Sevinc tərəfindən iki il ərzində şiddət görüblər.
Belə ki, ata 10 yaşlı oğlunu ondan pul oğurladığını əsas gətirərək, döyüb və əlinə qaynar qaşıq basıb.
Altı yaşlı Ruqayənin isə yan nahiyəsində zərbələrdən göyərmə əmələ gəlib.
Hətta S.Mirzəyeva azyaşlı Ruqayənin boğazına kəndir bağlayaraq, onun evdən çölə çıxmasına mane olub.
Vəhşi əməlin üstünü isə uşaqların dayısı və xalası açıb. Uzun zaman rəhmətə gedən bacılarının uşaqları ilə görüşdürülməyən xala və dayı onlarla görüşən zaman vəziyyətlərinin yaxşı olmadığını və uşaqların bədənlərində xəsarətlərin olduğuna diqqət yetiriblər.
Dəfələrlə polisə şikayət olunsa da, uşaqlar ata həyatda olduğuna görə onun himayəsinə verilib.
Uşaqlara nənələri qəyyumluq etmək istəsə də, ata və ögey ana buna razılıq vermirlər. Səbəb isə uşaqlara verilən aylıq 60 manatlıq müavinətdir.
Hazırda uşaqlar Astara rayon Ərçivan kənd polis idarəsindədirlər.
Onların döyülməsinə görə məsuliyyəti ata öz üzərinə götürüb.
Uşaqların əmisi Xalid Məmmədov isə açıqlama verərək bildirib ki, uşaqlara işgəncə verən onların ögey anasıdır:
“Polis idarəsində cərimə yazıb buraxdılar. Təhqiqatda uşaqlara verilən işgəncələrin ekspertiza nəticəsində təyin olunmasını tələb edirəm. Ailə olaraq bilmək istəyirik ki, uşaqlara kim xəsarət yetirib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat