Erməni kilsəsi hər zaman işğalın başında dayanıb
Yusif Nəzərli
07:49 15.02.2023
Hadisə
453
Məqsəd Paşinyan hökumətinin siyasətinə təzyiq göstərməkdir, bunun təlimatı da Moskvadan gəlir
“Revanşistlərin və separatçıların kilsənin təhriki ilə yenidən fəallaşmasına imkan verməməliyik"
Erməni katolikos II Qaregin “Hraparak” qəzetinə müsahibəsində Paşinyan hökumətini tənqid edib və kilsə ilə hakimiyyət arasında fikir ayrılıqlarının olduğunu vurğulayıb. II Qaregin qeyd edib ki, ölkədəki vəziyyət onu Ermənistanın və Qarabağdakı separatçıların keçmiş “rəhbərləri” ilə görüşlər təşkil etməyə vadar edib: “Biz onlarla təmasları davam etdiririk və birlik naminə bütün səylərimizi göstəririk. Ölkə hakimiyyətinin Qarabağı Azərbaycanın ərazisi kimi tanımaq qərarına gəlincə, kilsənin Qarabağ ermənilərinin statusu ilə bağlı öz mövqeyini dəfələrlə ifadə edilib.
Biz Qarabağ ermənilərinin azad və müstəqil həyatı naminə xalqların öz müqəddəratını təyin etmək kimi fundamental hüququnun həyata keçirilməsinə nail olmalıyıq". Kilsə rəhbəri bəyan edib ki, müharibədən sonra hökumət və hakimiyyət nümayəndələri ilə görüşlərimiz müxtəlif tədbirlər çərçivəsində protokol xarakterli idi: "Məsələn, prezidentin andiçmə mərasimi kimi. Gizlətməyəcəm, kilsə ilə hakimiyyət arasında fikir ayrılıqları var. Kilsə çalışır ki, ölkənin inkişafı və təhlükəsizliyinə, dövlətçiliyin möhkəmlənməsinə töhfəsini versin. Kilsənin milli və sosial məsələlərlə bağlı bəyanatlarını və mövqeyini dərk etmək lazımdır".
Qeyd edək ki, kilsə ilə Paşinyan hökuməti arasında fikir ayrılıqları Nikolun hakimiyyətə gəlməsindən dərhal sonra başlayıb. 44 günlük müharibədən sonra isə kilsənin baş nazirin və onun bütün komandasının istefasını tələb etməsi ilə qarşıdurma daha da şiddətlənib. Ruhanilər vaxtaşırı müxalifət hərəkatlarında iştirak edirlər. Katolikosun özü yalnız iştirakının vacib olduğu tədbirlərə baş çəkir. Hətta Yerablur hərbi panteonuna hakimiyyət və ruhanilər ayrı-ayrılıqda gedirlər.
Politoloq Əhəd Məmmədli "Şərq"ə bildirib ki, erməni kilsəsi hər zaman işğalın başında dayanıb. Ekspert deyib ki, Birinci və İkinci Qarabağ müharibəsi vaxtı təcavüz siyasətində erməni kilsəsi və hökuməti eyni mövqedə olublar:
"Erməni kilsəsi bütün dövrlərdə işğala haqq qazandırıb, müdafiə edib, açıq dəstək verib. İndi də "Qarabağ ermənilərinin azadlığı" sərsəmləməsi ilə revanşistlərə, separatçılara arxa çıxmaqla Paşinyan hökumətinə qarşı çıxırlar. Məqsəd Paşinyan hökumətinin siyasətinə təzyiq göstərməkdir. Bunun təlimatı da Moskvadan gəlir. İkinci Qareginin Kremllə yaxşı münasibətdə olduğu sirr deyil. Rusiya da məhz erməni kilsəsi vasitəsilə baş nazirə problem yaratmağa çalışır. Moskva erməni kilsəsinin gücünə, əhali üzərində təsir imkanlarına bələddir. Ümumiyyətlə, Ermənistanda hakimiyyət daxilində ciddi qarşıdurma yaşanır, müxalifət və erməni kilsəsi də qarşıdurmanın miqyasını genişləndirir. Ermənistan ordusunun önəmli hissəsi Rusiyanın nəzarətindədir. Yəni hazırda Ermənistanda mərkəzdənqaçma prosesi gedir. Çalışmalıyıq ki, bu vəziyyətdən xeyrimizə istifadə edək. Ən əsası Xankəndi və ətrafında erməni silahlılarının tam təmizlənməsinə nail olmalıyıq. Revanşistlərin və separatçıların kilsənin təhriki ilə yenidən fəallaşmasına imkan verməməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya