Fazil Mustafanı SEPAH vurdurub – Sui-qəsdi təşkil edənlər 30 min dollar alıb
Fazil Mustafanı SEPAH vurdurub – Sui-qəsdi təşkil edənlər 30 min dollar alıb
Yusif Sultanoğlu
11:16 20.01.2024
Hadisə
330
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı cinayət işi üzrə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb.
Globalinfo.az bildirir ki, məhkəmə qarşısında təqsirləndirilən şəxs qismində 5 nəfər çıxarılıb.
Bunlar Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovdur.
Gununsesi.info adıçəkilən şəxslərin ittiham aktına istinadən bu cinayətin təfərrüatını öyrənib.
İstintaq araşdırması zamanı məlum olub ki, cinayət İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) tərəfindən sifariş edilib.
Deputata qarşı sui-qəsd cinayəti üçün məsuliyyəti isə üzərinə götürən təqsirləndirilən şəxs Azər Səricanov olub.
Məlum olub ki, dəfələrlə İranın Qum şəhərində olan Azər Səricanov bu ölkənin xüsusi xidmət orqanları ilə iş birliyinə olub.
Fazil Mustafaya qarşı cinayəti boynuna götürən adıçəkilən şəxs bunun müqabilində 30 min ABŞ dolları məbləğində pul alıb.
O, istintaqa ifadəsində bu barədə etiraflar edib.
Qeyd edək ki, ötən ilin martın 28-də Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi istintaq olunaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya