Hatay küçələrində səssiz bir türkü
Yusif Nəzərli
23:17 14.02.2023
Hadisə
477
Bəstə adlı qızcığaz Hatayın dirəniş rəmzinə çevrilib
Kahramanmaraşın zəlzələdən dağıntılara ən çox məruz qalmış bölgəsi Hatayda küçələr səssizliyə bürünüb. Bu səssizliyi zaman-zaman insanların sevinc sədaları pozur. Bu isə kimsə dağıntılar altından çıxarılarkən baş verir. Zərərçəkmişlər üçün qurulmuş çadırlarda da insanlar kədərli, qəm-qüssə içindədir. Təkcə öz dünyaları olan körpələrdən, uşaqlardan başqa. Uşaqlar dağıntılar altından oyuncaqlar tapır, sevinirlər. Bu uşaqlar arasında Bəstə adlı qızcığaz isə Hatayın dirəniş rəmzinə çevrilib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, Bəstə uçulmuş binaya aid parkda atasıyla dolaşarkən görüntülənib. Atası “qızımın psixologiyası pozulub, yata bilmir” söyləyib. Bəstənin ailəsi də zəlzələdən sonra çadırda məskunlaşıb. Qızcığazın atası “biz əşya istəmirik, dəstək istəyirik. İnsanlar yanımıza gəlsin. Onlardan güc alaq. Heç nə istəmirik. Amma qorxuruq. Yanımza gələn olanda, güclənirik, “bizi düşünən var”, deyə. Hataya gəlin, Hatay kimsəsiz qalıb. Lütfən, gəlin, bizə dəstək olun. Burda insan görək, insanların bizi düşündüyünü, dərdimizi bölüşdüklərini görək”, - deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya