Son xəbərlər

Hörmüz boğazında iki neft tankeri minaya düşüb

Hörmüz boğazında iki neft tankeri dəniz minalarına düşüb və yanğın baş verib.

Sherg.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı açıqlamada bildirilir.

“İki tanker Hörmüz boğazının cənub və şərq sahilləri yaxınlığında dəniz minalarına düşüb. Gəmilərin mühərrik bölmələrində yanğın baş verib”, - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başladığı 28 fevral tarixindən sonra Hörmüz boğazından gəmiçilik ciddi şəkildə məhdudlaşıb. Tehran məhdudiyyətləri ABŞ-ın blokadasının və sanksiyalarının aradan qaldırılması da daxil olmaqla, irəli sürdüyü şərtlər yerinə yetirilənədək davam etdirəcəyini bildirib.

Hörmüz boğazı dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün həyata keçirildiyi əsas dəniz marşrutlarından biridir.