Hüzn günü:Adıyaman xilaskar Proteo ilə vidalaşdı
Yusif Nəzərli
22:08 15.02.2023
Hadisə
461
Adıyamanda meksikalı xilasedicilərin xilasetmə işləri zamanı tələf olmuş Proteo adlı axtarış iti üçün vida mərasimi təşkil edilib. Proteo Meksikadan Türkiyəyə yardıma gələn 150 nəfərlik xilasedici komandada yer alırdı. Axtarış iti olan Proteo Adıyamanda dağıntılar altından 3 nəfərin sağ çıxarılmasına yardım edib. “NTV.com.tr” xəbər verir ki, Proteonun təlimçisi Juan Carlos Villeda Marquez Türkiyənin kədərini paylaşdığını söyləyib: “Zəlzələ bizi çox kədərləndirdi. Türkiyənin bu kədərinə biz də, bütün Meksika xalqı üzülürük. Bura bizi ordumuz göndərdi. Qardaş ölkəyə dəstək olmağa, insanları dağıntılar altından xilas etməyə gəldik. Burada türk xilasedicilərlə birgə çalışırıq”. J.Marquez orduda itlərin təlimçisi olaraq çalışdığını deyib. Xilasetmə işlərində ən böyük yardımçısının Proteo adlı it olduğunu söyləyib: “Proteo bizim ən yaxın dostumuz, ən yaxın köməkçimizdi. Onunla Haiti, Qvatemala, Ekvador və daha bir neçə ölkədə əməliyyatlarda iştirak etmişdik. Türkiyədə isə Proteo son vəzifəsini yerinə yetirdi”. J.Marquez Proteonun timsalında can dostunu itirdiyini bildirib. “Çox üzgünəm. Gözlərim yaşarır. Bir çox əməliyyatlarda birgə çalışmışdıq. Proteo xilasetmə işlərində usta köpək idi. Onun yardımı ilə insanların yerini müəyyənləşdirib, dağıntılar altından çıxara bildik. O, xilasedici idi. Bu itki bizi çox üzdü”. Proteo Adıyamandakı düşərgə yaxınlığında torpağa basdırılıb. Hazırda AFAD çadır şəhərciyində qaldıqlarını deyən J.Marquez can dostunu Adıyaman torpağına tapşırıb gedəcəklərini, onu daim xatırlayacaqlarını söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya