İlkin bu videoda təzyiq altında olub, yoxsa...? - DETALLAR
Yusif Nəzərli
14:32 14.06.2023
Hadisə
930
"Yayılan videodan görünür ki, İlkin gəzə bilir. Sifətində də heç bir dəyişiklik yoxdur. Amma o, bədənindəki (qolu, ayağı) yaraları məhkəmə zalında hər kəsə göstərib".
Bu fikirləri "Sherg.az"a 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun qardaşı Adil Süleymanov deyib. Onun sözlərinə görə, çəkilən videoda İlkinin ayağı otaqdan çıxarkən qapının kandarına dəyib, sızıldayır, ağrı sifətindən də anlaşılır:
"Hətta qapıdan ikinci dəfə keçərkən ufuldadığı belə hiss olunur. İfadəsinin birində "2 gün əvvəl həyat əlamətlərinin bitdiyini fərq etdim", - deyir. Bu, sadə vətəndaş sözüdür?! Əlbəttə ki, deyil. Sözügedən fikirlər bir daha sübut edir ki, ona ifadə yazdırılıb. Adam deyərdi ki, "nəfəsi kəsildi", "halı yox idi", "ölümcül idi", "ölmüşdü". Videoya nəzər yetirəndə ilk baxışdan görünür ki, İlkin sağa-sola boylanır, qohum-əqrəba axtarır. Özü də məhkəməyə ifadəsində bildirib ki, ətrafa baxıb, qohum-əqrəba axtarırdı. Qardaşıma deyirdilər ki, fikrin burada olsun. İlkinin təzyiq altında olduğu bir daha təsdiqini tapır. Vətəndaşları başa düşürəm. İlkin sevə-sevə bu ifadəni danışıb. Çünki qardaşımı valideynləri, qohumları ilə təhdid ediblər. Ona görə də ifadəni yazıldığı kimi deməli idi. Bu cinayəti işlədiyinə dair hər kəsi inandırmağa çalışırdı. Bunlar hamısı oyundur. Allah böyükdür. Həmd olsun, Allaha. Haqq, ədalət uğrunda mübarizə aparırıq. Bu işdə saxtakarlıq edənləri Allaha həvalə edirik".
Qeyd edək ki, 10 yaşlı Nərmin Quliyevanın ölümündə təqsirli bilinən İlkin Süleymanovun 3 il əvvəlki videosu yayılıb. Video istintaq çəkilişini əks etdirir. İ.Süleymanovun videoda danışdıqları insanlarda qıcıq yaradıb. Bəziləri İlkinin təzyiq altında olmadığını, rahat, sərbəst ifadə verdiyini bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya