İrandan Azərbaycana narkotik daşıyan dəstəyə 28,5 il cəza verildi
Yusif Nəzərli
09:25 10.02.2023
Hadisə
476
Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən Pərvin Rzayev, Məhəmməd Məmmədov və Süleyman Musazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Trend" xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Məhəmməd Məmmədov 10 il, Süleyman Musazadə 10 il, Pərvin Rzayev isə 8 il 6 ay azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, hər üç şəxs 2021-ci ilin avqustunda Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Belə ki, paytaxtın Qaradağ rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunun kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında Pərvin Həsən oğlu Rzayevin idarə etdiyi 90-LB-478 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz S 600" markalı minik avtomobili ilə həmin əraziyə gələn Məhəmməd Ağakərim oğlu Məmmədov İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.
M.Məmmədovun saxlanıldığını görən P.Rzayev idarə etdiyi avtomobili əməliyyat-axtarış fəaliyyətini həyata keçirən gömrükçülərə məxsus digər nəqliyyat vasitələrinə çırparaq hadisə yerindən qaçıb.
M.Məmmədovdan götürülən çantaya baxış keçirilərkən içərisində 9 bağlamada, ümumi təmiz çəkisi 8 720,6 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun digər üzvü Süleyman Rövşən oğlu Musazadə Yasamal rayonu ərazisində, P.Rzayev isə bir gün sonra səhər saatlarında Şirvan şəhərində saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya