İslam dinində fərqli hökmlər var
Yusif Nəzərli
12:46 17.02.2023
Hadisə
469
Qadın din xadimləri sadəcə, xanımlar üçün xidmət göstərə bilərlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, məscid və ziyarətgahlarda din xadimlərinin təyinatı ilə bağlı müsahibələr keçirilir. Onun sözlərinə görə, bu il 44 vakansiya çıxarılıb və onlardan 7-si qadınlar üçündür: “Qadınlar din xadimi deyil. Qadınlar üçün vəzifənin adı dini ayinlərin icraçısıdır. Ümumiyyətlə məscid və ziyarətgahlarda 3 vəzifə müəyyənləşdirilib. Birincisi, imamdır, ikincisi, imam müavini, üçüncüsü, dini ayinlərin icraçısıdır. Bir də qadın dini ayinlərin icraçısı var. Qadınlar məscidlərdə imamların tapşırığına əsasən sırf qadınlara yönəlik fəaliyyətlə məşğul olurlar”. Sədr müavini deyib ki, Bakı, Sumqayıt, Lənkəran, Şəki, Quba, Zaqatala və Gəncədəki məscidlər üçün qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə müsahibələr fevralın 13-dən 15-nə qədər davam edib: "Qadınların müsahibəsində 7 vakansiya üzrə 71 namizəd iştirak edib, onlardan 16-sı müsahibədən uğurla keçib. Qaydalara uyğun olaraq müsahibə bitdikdən sonra 30 iş günü ərzində təyinat alacaqlar".
İlahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə bildirib ki, islam dinində bəzi hüquqlar əsasında qadınlarla kişilər arasında fərqli hökmlər irəli sürülüb. Ekspertin sözlərinə görə, islam dininə əsasən, qadınlarla kişilərin birgə olması, qarışması bəyənilmir: "Hətta məscidlərdə ibadət üçün toplaşsalar belə, şəriət qanunlarına uyğun olaraq, aralarında pərdə və ya hər hansı maneə olmalıdır. Yaxud qadınların kişilərdən geridə qalması üçün şərait yaradılmalıdır. Qadınlar ancaq qadınlardan ibarət camaata imamlıq edə bilər. Ölkəmizdə də adətən məscidlərin daxilində qadınların ibadət yeri kişilərdən ayrı olur. Bu kimi məsələləri asanlıqla tənzimləmək mümkündür. Lakin əsas məqsəd qadınların dini sahədə maariflənməsidir və bunun üçün mütləq şəkildə qadın din xadimlərinin olması zərurirdir. Qadin din xadiminin olmasının islam dinində heç bir maneəsi yoxdur və onlar sadəcə, xanımlar üçün xidmət göstərə bilərlər. Ancaq yenə deyirəm, qadının ümumilikdə hansısa məsciddə kişilərə imamlıq etməsi dini baxımdan düzgün sayılmır. Hətta qadının öz evində qıldığı namazın savabının məsciddə qılınan namazın savabından daha üstün olduğu islami mətnlərdə qeyd edilir. Bu da qadınların daha qiymətli cövhər olması ilə əlaqələndirilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya