İyunun 22-dək geomaqnit sahəsi qeyri-sabit olacaq
07:00 19.06.2023
Hadisə
440
Günəş fəallığı orta səviyyədə olub, maksimum aktivlik 3336 oblastında M 2.52 (R1) sinifli alışma olub. Alışmalara bağlı olaraq II tip radioemissiya qeydə alınıb.
Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, Günəş ləkələri azalmış, 6 ləkə qrupu və 110 ləkə qeyd edilib. 17 iyun Yerə qismən istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınıbr. Günəşin səthində Tac dəlikləri müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli yüksəlib (maks: 1619 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.
Hesabat dövründə Günəş küləyinin sürəti 696 km/san-yə kimi, planetlərarası mühitdə maqnit sahəsi 20 nT, radial istiqamətdə isə -13 nT-yə kimi artmışdır. Hal-hazırda Günəş küləyinin sürəti normallaşaraq 394 km/san, planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 5 nT, radial istiqamətdə isə -1 nT təşkil edir.
Hesabat dövrü ərzində Yerə istiqamətlənmiş CME və Tac dəliyinin təsiri nəticəsində, 15-16 iyun tarixində G2 (orta) səviyyəli geomaqnit qasırğası baş verib. Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=2.67).
Proqnoz günlərində (19-26 iyun) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif isə 10% təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyələrə qalxacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin S1 səviyyəsinə qədər yüksələcəyi gözlənilir.
Günəş küləyinin sürətinin bir neçə CH HSS-in (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selin) təsiri ilə yenidən artacağı gözlənilir.
Geomaqnit sahəsinin də CH HSS-in təsiri ilə 22 iyun tarixinədək qeyri-sabit olacağı proqnozlaşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya