Keçiləri oğurlandı, insanlardan küsdü: 17 ildir dağda yaşayır
23:34 18.03.2024
Hadisə
519
Antalyanın Kəmər bölgəsində yaşayan 80 yaşlı Mehmet Çabuk illərdir kimsəylə görüşmür, danışmır. 17 yıl əvvəl 150 keçisi oğurlanan M.Çabuk o vaxtdan insanlardan küsüb və dağa sığınıb. Burada taxtadan inşa etdiyi daxmada bir neçə baş ev heyvanıyla yaşamını davam etdirir. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, M.Çabukun qardaşı oğlu Şəfa Çabuk əmisinin yaşayışı haqqında məlumat verib. Əmisini ziyarət edən Ş.Çabuk onunla fotosunu da paylaşıb. M.Çabuk keçiləri oğurlandıqdan sonra insanlardan küsüb dağda yaşamağa başlasa da, yenə də təsərrüfat yarada bilib. Hazırda onun 100-ə yaxın keçisi var və deyir ki, keçilər olmasa, 1 saat da burada qalmaz. M.Çabuk dağda heyvanlarıyla birgə yaşamağa alışıb artıq. Həftədə 2 dəfə ərzaq almaq üçün qəsəbəyə enir. Alış-veriş edib təkrar komasına, keçilərin yanına qayıdır. Gecələr keçiləri də daxmanın içində yatırır. Səhər erkən saatlarda oyanır, ətrafda dolaşır, çiçəklər toplayır, təmiz nemətlərlə qidalanır, qohum-əqrəbası narahat olmasın deyə, onu ziyarətə gələn qardaşı oğluyla xəbər göndərir. Vadidəki axar çayda yuyunur, bölgəyə gələn turistlərlə işarələrlə ünsiyyət qurur. Heç bir dərmandan istifadə etmir, gün ərzində 2 dəfə qidalanır. M.Çabuk keçilərinin oğurlanmasından böyük üzüntü keçirib, təzyiq xəstəliyinə tutulub. Lakin dağa köçəndən sonra təzyiq problemi də yavaş-yavaş ortadan qalxıb. M.Çabuk “burda heç sıxılmıram. Hər səhər gəzirəm, ətrafı dolaşıram. Allah nə verirsə, yeyirəm. Səhərlər topladığım çiçəklərdən çay dəmləyirəm, keçi pendiri, zeytunla səhər yeməyimi bitirirəm. 2007-ci ildə keçilərimi oğurladılar. Axşam hamısını ahıra qatmışdım, səhər oyandım, baxdım ki keçilər yoxdu. Gecə oğrular gəlib keçilərimizi maşına yükləyib aparmışdılar. Bu, mənə çox pis təsir etdi, ürəyim ağrıdı, təzyiqim qalxdı. Sonra bura gəldim, özümə yeni koma tikdim. Keçilərim də getdikcə çoxaldı. İndi onlarla yenə xoşbəxtəm”. M.Çabuk heç vaxt evli olmayıb, bundan sonra evlənməyi də düşünmür. Ən yaxın dəstəkçisi də qardaşı oğludur. Tez-tez onun görüşünə gedir, vəziyyəti ilə maraqlanır. M.Çabukun qardaşı oğlu Şəfa Çabuk Ulupınar məhəllə muxtarı Həbib Altınkayanın da əmisinə dəstək olduğunu deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Samuxda quyuya düşən şəxs xilas edilib - VİDEO
18:26 23.05.2026
Hadisə
“Qarabağ" üç futbolçunu klubdan göndərib
18:16 23.05.2026
Futbol
Türkiyədə bələdiyyə sədri güllələnib
17:52 23.05.2026
Hadisə
Aleksandr Vuçiç Çinə rəsmi səfər edəcək
17:51 23.05.2026
Dünya
Əğyar mizrabı...
17:41 23.05.2026
Cəmiyyət
Ermənistanda seçkilərlə bağlı həbs olunanlar var
17:20 23.05.2026
Region
Qalibaf: ABŞ ilə atəşkəs dövründə İran ordusu gücünü bərpa edib
17:03 23.05.2026
Region
BMT WUF13-ü tarixi hadisə adlandırdı - ŞƏRH
16:35 23.05.2026
Gündəm
76 nömrəli ev: Atatürk və ailəsi burada yaşayıb
16:02 23.05.2026
Maraqlı
SON DƏQİQƏ: Kılıçdaroğlu partiyadaxili birlik çağırışı etdi
15:49 23.05.2026
Gündəm
Qazaxıstanlı general Azərbaycana gəldi
15:31 23.05.2026
Gündəm
Latviyada naməlum dron gölə düşərək partlayıb
15:22 23.05.2026
Dünya
Paşinyan: Xalq desə ki, Nikol qalsın, qalacaq
15:05 23.05.2026
Gündəm
Ukrayna ordusu Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
14:59 23.05.2026
Dünya