Kiprdə batan gəmidə itkinlərin sayı 20-yə çatıb

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə limanı yaxınlığında batan sərnişin gəmisində axtarış-xilasetmə işləri ikinci gündür davam edir.

Sherg.az-ın məlumatına görə, ŞKTR-nin Baş naziri Ünal Üstel bildirib ki, hadisə nəticəsində 8 nəfər həyatını itirib, 20 nəfər isə itkin düşüb. Ölən və itkin düşən şəxslərin kimliyi müəyyənləşdirilib.

Hadisə ilə bağlı 9 şübhəli 3 gün müddətinə həbs edilib. İstintaq zamanı gəminin texniki vəziyyəti, səfər sənədləri, ekipajın təxliyə zamanı davranışı və şirkət rəhbərliyinin mümkün məsuliyyəti araşdırılır.

İlkin məlumata görə, gəminin tutumundan artıq sərnişin daşıdığına dair fakt aşkarlanmayıb. Gəminin son texniki yoxlamasının 2 iyun 2026-cı ildə keçirildiyi bildirilib.