"Kürd Elnur" ləqəbli kriminal avtoritet həbs edilib
Yusif Nəzərli
06:55 07.01.2024
Hadisə
332
Bakıda kriminal avtoritet həbs edilib.
APA-nın əldə etdiyi xəbərə görə, kriminal aləmdə “Kürd Elnur” ləqəbi ilə tanınan Abbasov Elnur Tofiq oğlu külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb.
Onun barəsində istintaq orqanın vəsatəti əsasında Nərimanov rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasov özünü mərhum qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın tərəfdarı hesab edir. 2020-ci ildə “Kürd Elnur” sosial şəbəkələrdə yayılan videoları ilə gündəmə gəlib. Cinayətkarlığı təbliğ edən Elnur Abbasov paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin BMW markalı avtomobilini dərəyə aşırıb.
Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Elnur Abbasov üzərində odlu silah və narkotik vasitələrlə saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci ildə çıxardığı hökmə əsasən, Elnur Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə və saxlama maddəsi ilə cəza təyin edilməyib. Çünki bu ittiham məhkəmə istintaqı dövründə sübuta yetirilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət