Laçında həyatını itirən hərbçilərdən biri Göygöldə dəfn edilib
Laçında həyatını itirən hərbçilərdən biri Göygöldə dəfn edilib
11:32 01.08.2024
Hadisə
523
İyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənib ölən Azərbaycan Ordusunun hərbi qulluqçularından biri Göygöl rayonunda dəfn edilib.
APA-nın yerli bürosunun məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş 1984-cü il təvəllüdlü Tural Maşallah oğlu Səmədovun cənazəsi, əvvəlcə, Gəncə şəhərində yaşadığı evə gətirilib. Onunla yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra çavuş Tural Maşallah oğlu Səmədov Göygöl rayonun Çaylı kənd qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində Tural Səmədovun ailə üzvləri, hərbçi yoldaşları və qohumları iştirak ediblər. Həlak hərbçi ailəli olub, bir qızı bir oğlu var.
Qeyd edək ki, iyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib. Hazırda Qubadlı hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya