Mən niyə atamın ölməyini sübut etməliyəm? - Əcaib səhiyyə sistemi!
Yusif Nəzərli
10:33 06.01.2023
Hadisə
597
"Atamın ölüm kağızını almaq üçün "Xırdalan poliklinikası" adlandırdığımız Xırdalan Ailə Sağlamlıq Mərkəzinə getmişdim. Qeydiyyat şöbəsindən ailə həkimi terapevt Sevinc Qaragözova yönləndirdilər. Terapevt isə dedi ki, atanız bizdə qeydiyyata düşməyib, mənim pasiyentim olmayıb, onun xəstəliyi barədə məlumatsızam. Təbii ona insan öldükdən sonra onun xəstəliyini nə olmasının əhəmiyyətsiz olduğunu izah etməyə çalışdım. Və əlavə etdim ki, atam TƏBİB sistemində olan ixtisaslaşmış xəstəxanalarda - Kardiologiya, "Respublikanskiy" xəstəxanalarında müalicə olunub və orda qeydiyyatda olub. Hətta əlavə etdim ki, koronaya yoluxanda sizdə qeydiyyatda olub və sizdən pulsuz dərman da götürmüşük. Bütün dediklərimin faydası olmadı. Dedi ki məhkəməyə (?!) müraciət etməlisiniz".
"Sherg.az" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev özünün feysbuk hesabında yazıb. O qeyd edib:
"Məhkəmə yaxınlıqda olduğundan təcili ora baş çəkdim. Görüşdüyüm vəkil dedi ki, polikinikadan imtina kağızı almalıyam, sonra onun əsasında "pasportstol"dan imtina kağızı almalıyam. Bütün bu işlər üçün 200 manata yaxın xərc çıxacaq.
İmtina kağızı üçün təkrarən terapevt xanıma müraciət edəndə bildirdi ki, Xırdalan xəstəxanasına müraciət edib ordan almalıyam imtina kağızını.
Evə gəlib TƏBİB-ə zəng vurdum. Onlar da terapevtin dediklərini təkrarlayaraq bunun yolunun məhkəmə olduğunu bildirdilər. Sözgəlişi məsələni araşdıracaqlarını bildirdilər. İndidən cavablarının nə olacağını bilmək çətin deyil.
Məhkəmədə olanda yaşlı bir qadın da eyni problemlə bağlı gəlmişdi. Onu da get -gələ salmışdılar.
İndi mən bu dövlətə atamın rəhmətə getməsini sübut etmək üçün neyləməliyəm? Ölüm faktı var, təcili tibbi yardım maşını da faktı qeydə alıb. Atam TƏBİB sistemində qeydiyyatda olubsavə həmin qeydiyyatda onun müalicəsi ilə bağlı məlumatlar varsa, niyə məhkəməyə üz tutmalıyam? Niyə insanlar dövlət xəstəxanalarında olan savadsız həkimlərə sağlamlıqlarını etibar etməlidir?
Xırdalan poliklinikasına getmişəm nə işıq var, nə təmizlik var. Əminəm ki peşəkar həkim də yoxdur. Bu obyekti bağlamaq, həkimlərini isə səhiyyə sistemindən uzaqlaşdırmaq lazımdır. Ailə həkimi olan xanım nə vaxt ərazisindəki insanlarla maraqlandı ki, indi də deyir ki, mənim pasiyentim deyil.
Nəhayət sonuncu sual. Mən niyə atamın ölməyini sübut etməliyəm? Bu daha çox dövlətə lazımdır. Əgər mən ölməyini təsdiq edə bilmirəmsə, deməli, o hələ sağdır və hər ay pensiya almaq hüququ qalır. Çox əcayib səhiyyə sistemimiz var. İnsanların mütləq xəstələnməsinə məcbur edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol