Nənəsinin həyatını qurtardı: Dünya 3 yaşlı Dilarədən danışır - FOTOLAR
12:25 05.06.2020
Hadisə
1167
Finlandiyada yaşayan 3 yaşlı Dilarə Gergin, beynə gedən damarları tıxandığı üçün huşunu itirən nənəsinin həyatını qurtararaq, bütün ölkənin gündəmi oldu.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Konyalı Abdullah və Finlandiyalı Erja Gergin cütlüyünün qızları valideynləri işlərində olduğuna görə gündüzlər nənəsi ilə qalırdı. Günlərin birində Dilarə, halı pisləşən nənəsinin xəstəxanaya zamanında çatdırılmasına vəsilə olaraq onun həyatını qurtardı.
Vantaa şəhərində baş verən hadisədə, beynindəki iki damarın tıxanması nəticəsində huşunu itirən nənəsinin əvvəl yatdığını düşünən balaca qızcığaz daha sonra nənəsinin telefonundakı ilk nömrəni yığaraq bacısı Jasminlə əlaqə yaratgı. Bacısı da anasına xəbər verdi. Ünvana təcili yardım çağıran ailə, yaşlı qadının həyati təhlükəni sovuşdurmasına səbəb oldu. Kiçik qızın hərəkətləri qarşısında çaşdıqlarını bildirən xəstəxana əməkdaşları əvvəl Dilarəni xəstəxanada gəzdirib, daha sonra ona oyuncaq təcili yardım hədiyyə ediblər.
Ana Erja Gergin açıqlamasında hər nə qədər uşaqların telefondan uzaq saxlanılması tövsiyə edilsə də, ilk yardım üçün təməl istifadənin öyrədilməsinin vacibliyinə işarə edərək, "Dilarə olmasaydı anam ölmüşdü" deyə bildirib.
Uşaqların yaxınlıqdakı mənfi şeyləri daha tez hiss etdiyini söyləyən Gergin, ilk müdaxilənin əhəmiyyətli olduğu halında uşaqların həyat qurtara bildiyini vurğulayıb. Ata Abdullah Gergin isə Dilarənin hərəkətləri qarşısında həkimlərin də sanki şok olduğunu ifadə edərək, "Həkimlər ilk dəfə belə bir şeylə qarşılaşdıqlarını söylədi. Çox sevindilər. Dilarəyə təcili yardım maketi hədiyyə etdilər" deyib.
Bu arada, yaşlı qadının da yenidən sağlamlığına qovuşub evinə döndüyü məlum olub.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat