“Özünü təsdiq edə bilməyən insanlarda mənəvi sarsıntı olur" - Sosioloq intihar hallarından danışdı
13:09 28.06.2020
Hadisə
762
Qax rayonunun Qaratala kəndində intihar hadisəsi baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Fatma İbadullah qızı Abbasovanın meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. Üç uşaq anası olan F. Abbasovanın intihar etməsinin səbəbi məlum deyil.
İntihar bütün dünyada böyük ictimai problemdir. Son vaxtlar belə hadisələrin sayı artmaqdadır.
Bəs, görəsən insanların problemi nədir? Niyə intihara əl atırlar?
Sosioloq Əhməd Qəşəmoğlu bu suallara aydınlıq gətirməyə çalışıb. “Sherg.az” a açıqlamasında sosioloq bildirib ki, hər bir insan həyatda özünü təsdiq etməyə çalışır ki, onu qiymətləndirsinlər:
“Özünü təsdiq edə bilməyən insanlarda mənəvi sarsıntı olur. Bu, insanlara psixoloji vəziyyəti, sağlamlıq durumu ilə bağlı olaraq müxtəlif şəkildə təsir edir. Və o zaman sabaha olan ümid insanlara kömək edə bilər. Əgər insan gələcəkdən yaxşı şeylər gözləyirsə sabaha olan ümidə bağlanır. Amma həyatda yerini tapa, özünü təsdiq edə bilmədikdə bir çox insanlar intihara cəhd edirlər”.
Sosioloqun sözlərinə görə, kiminin ailədaxili konflikti var, intihar edir. Belə insanlar öhdəsindən gələ bilmədikləri problemləri yox etməyin, onlardan xilas olmağın yeganə yolunun intiharda görürlər. Səbəblər çoxdur: insanların psixoloji vəziyyəti, həyatda özünü təsdiq etməsi və sabaha olan ümid... Bu, üç amildən birinin olmaması intihara səbəb ola bilir.
Fidan Həbibli
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat