QMİ sədri ABŞ-a səfər edib
Yusif Nəzərli
07:49 27.02.2023
Hadisə
396
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 27-də Amerika Birləşmiş Ştatlarına səfərə yola düşüb.
İdarədən APA-ya verilən xəbərə görə, QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin və Stirlinq Fondunun dəvətilə 28 fevral – 4 mart tarixlərində ABŞ-ın Yuta Ştatının paytaxtı Solt-Leyk-Sitidə səfərdə olaraq.
Səfər proqramında Yuta Senatının prezidenti Stüart Adams, Yuta ştatının vitse-qubernatoru Diedre Henderson, Isa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin rəhbərləri, G20 Dinlərarası Forum qrupu, habelə Xədicə Məscidində müsəlman İcması, Kol Ami sinaqoqunda Yəhudi İcması və Azərbaycan diasporasının üzvləri ilə görüşlər nəzərdə tutulub.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Brigham Young Universitetini ziyarət edəcək, burada müəlim heyəti və Eksperimental Dinlərarası Dialoq” auditoriyasının tələbələri qarşısında mühazirə ilə çıxış edəcəklər. Həmçinin, Yuta Beynəlxalq Hüquq və Dini Araşdırmalar Mərkəzində, Yuta Ştatı Dünya Ticarət Mərkəzində, Yuta Ştatının Katital Konfrans Mərkəzində, Isa Məsih
Sonuncu Gün Müqəddəsləri kilsəsinin Humanitar Mərkəzində də görüşlər olacaq Azərbaycan nümayəndə heyəti tərkibində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Azərbaycandakı Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Azərbaycandakı Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete səfərdə iştirak edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm