Razinin 250 minlik maşını yararsız halda - Bunu kim edib? - FOTO
Yusif Nəzərli
09:45 05.06.2023
Hadisə
606
Tanınmış bloqer və model Razi Əliyevanın (Raziyyat) “Mercedes” markalı lüks avtomobilinin yararsız hala salınması ilə bağlı məlumat yayılıb.
"Sherg.az" Qafqazinfo-ya istinadla xəbər verir ki, R.Əliyevaya qarşı fiziki zorakılıqda və digər qanunazidd hərəkətlərdə şübhəli bilinərək saxlanılan Ziya Hüseynzadənin ona daha əvvəl bağışladığı avtomobili geri tələb etdiyi bildirilir. R.Əliyevanın imtinasından sonra Z.Hüseynzadənin Raziyə əvvəl bağışlamış olduğu və dəyəri 250 min manata yaxın olan “Mercedes GLE 53” markalı avtomobili daha sonra əzdiyi, şüşələrini qıraraq yararsız hala saldığı iddia edilir.
Hadisənin konkret hansı tarixdə və hansı ərazidə baş verməsi qeyd edilməyib.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev bildirib ki, iddialarla bağlı araşdırmalar aparılır:
“Bu iddialar istintaq predmetidir, istintaqla araşdırılır. Zərərçəkmişin və ailə üzvlərinin verdiyi məlumatların xüsuslar üzrə araşdırılması davam etdirilir”.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə R.Əliyeva ilə bağlı videolar yayılıb. Bu videolarda Ziya qadını xəyanətdə ittiham edib. Daha sonra R.Əliyeva fiziki şiddətə məruz qaldığını bildirərək görüntülər yayıb.
Bundan sonra Z.Hüseynzadə barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. Hüseynzadə istintaq müddəti üçün 4 ay müddətinə həbs edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol