Şagirdlərin intihar etməsi bir çox faktorlara bağlıdır
11:10 26.06.2023
Hadisə
639
Problemin həlli çətin və zaman tələb edən bir məsələdir
Elm və Təhsil Nazirliyində intihar, eləcə də intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə dair qurumlararası İşçi qrupunun iclası keçirilib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, müasir cəmiyyətin problemlərindən biri də intiharlardır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünya üzrə 20 faiz intiharlar xüsusilə yeniyetmə və gənc yaşda olan şəxslərdə müşahidə edilir”. Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq Fəaliyyət Planına uyğun görülmüş işlər barədə də məlumat verən Firudin Qurbanov bildirib ki, ümumi təhsil müəssisələrində psixoloqların iştirakı ilə şagirdlərlə mütəmadi maarifləndirici görüşlər keçirilib.
Bununla yanaşı, bir sıra problemlərlə üzləşən şagird, tələbə və valideynlərlə praktik söhbətlərin aparılması, şagirdlərin məktəbdə, ailədaxili və ailədənkənar davranışlarını nəzarətdə saxlamaqla onların ictimai faydalı əməyə, mədəni-kütləvi tədbirlərə, zərərli vərdişlərin yaddan çıxarılmasına kömək edən iş və məşğuliyyətlərə cəlb edilməsi istiqamətində məqsədyönlü işlər aparılıb.
Firudin Qurbanov “Məktəblinin dostu” layihəsinin psixoloqları tərəfindən aparılan tədqiqat işlərinidə iclas iştirakçılarının diqqətinə çatdırıb.
Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov ötən tədris ilində təhsil müəssisələrində görülən işlərlə bağlı hesabatla çıxış edib. Orxan Abbasov bildirib ki, məktəblərdə baş verən xüsusi hallarla bağlı nazirliyə operativ şəkildə məlumat verilir.
Təhsil eksperti Kamran Əsədov isə “Şərq”ə açıqlamasında deyib ki, şagirdlərin intihar etməsi bir çox faktorlara bağlı ola bilər və bu problemin həlli çətin və zaman tələb edən bir məsələdir: “Lakin bir sıra addımlar intihar riskini azaltmağa kömək edə bilər. Birincisi, məktəb şagirdlərinin hər ay psixoloji testdən keçirilməsi və nəticəsi narahatlıq doğuran şagirdlərin individual təlimə cəlb edilməsi, məktəblərdə psixoloji dəstək xidmətlərinin fəaliyyətinin genişləndirilməsi, məktəblərdə psixoloji dəstək xidmətlərinin mövcudluğu şagirdlərin müxtəlif problemlərini həll etmələrində kömək edə bilər.
Eyni zamanda şagirdlərə psixoloji təlimatların verilməsi, şagirdlərə psixoloji problemlərin öhdəsindən gəlmək üçün dərslər təklif edilə bilər.
Eləcə də, təhsil sisteminin dəyişdirilməsi, məktəblərdəki təhsil metodları, müəllimlər və idarəçilər şagirdlərin intihar riskini azaltmağa kömək edə bilər.
Ümumiyyətlə, şagirdlərin intihar etməsinin qarşısını almaq üçün çox fərqli tədbirlər və müdaxilələr lazımdır. Bəzi dəyişikliklər, təhsil sisteminin yenilənməsi və psixoloji dəstək xidmətlərinin mövcudluğu ilə bu problemin öhdəsindən gəlmək mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya