Səfərbərlik Xidmətinin Şuşa şöbəsinin həbsdə olan sabiq rəisinin məhkəməsi keçirilib
Yusif Nəzərli
14:50 30.01.2025
Hadisə
316
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çağırışçılara hərbi möhlətin verilməsi, hərbi xidmət yerinin təyin edilməsi, habelə SHXÇDX və Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinində xidmətə qəbulla bağlı vədlər verərək dələduzluq edib.
O, 2021-ci il iyul ayında hərbi möhlətin verilməsi üçün 4800 manat, 2022-ci il may ayında möhlət hüququn verilməsi müqabilində 4000 manat, 2023-cü il may ayında möhlət hüququn verilməsi müqabilində 4500 manat pul alıb.
Həmçinin təqsirləndirilən şəxs təhsillə əlaqədar 1 illik hərbi xidmətdən möhlətin verilməsi üçün 4000 manat məbləğində pul alıb.
Bununla yanaşı, o, hərbi çağırışçının Daxili Qoşunlarda xidmət keçməsini təmin edəcəyi vədi verərək 5000 manat pul alıb.
Bundan başqa, təqsirləndirilən şəxs 2023-cü il sentyabr ayında bir nəfərin SHXÇDX-də hərbi qulluqçu kimi qəbul edilməsinə kömək edəcəyi vədini verərək 13 min manat, digər şəxsdən isə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinində xidmətə düzəldəcəyi vədi verərək 14 min manat almaqda ittiham olunur.
Daha sonra zərərçəkənlər ifadə verib.
Zərərçəkən H. Əmrəliyev ona dəymiş ziyanın ödənildiyini bildirib və şikayətçi olmadığını qeyd edib.
İş üzrə digər zərərçəkən M.Muradov ona dəyən maddi zərərin ödənilmədiyini və şikayətçi olduğunu bildirib.
Təqsirləndirilən şəxs zərərçəkənlərin çıxışına münasibət bildirərək qeyd edib ki, hərbi xidmətə möhlət hüququ vermək onun səlahiyyətində deyil: “Çağırışçılara xəstəliklə əlaqəli hərbi xidmətdən möhləti xəstəxana verir. Bu, mənim səlahiyyətimdə deyil. Zərərçəkənə dəymiş ziyan ödəniləcək. Xidmətdə qulluğa qəbula gəldikdə isə rəhbərlik dəyişildi və o iş qaldı. Həmin şəxsə də ziyan ödənilib”.
Məhkəmə fevralın 27-də davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Qurbanov Seymur Pənah oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3. (Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4. (Xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilib.
Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm