Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb.
Oxu.Az bu barədə "Haber Global" istinadə xəbər verir.
Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsində həbs edilən FETÖ üzvü Bayram Özbekin ifadəsi üzə çıxıb. Bayram Özbekdən "Kazım Kaşifoğlu"nun ölüm səhnəsi və serialın ssenarisinə müdaxiləsi olub-olmadığı soruşulub.
"Mənə barəsində sual verdiyiniz "Kurtlar Vadisi Pusu" adlı serialın ssenarisini əsla mən yazmamışam. Ssenariyə hər hansı bir müdaxiləm olmayıb. Serialın istehsalçısı, rejissoru və ssenaristlərini tanımıram. "Pana Film" rəsmiləri ilə hər hansı bir şəkildə ünsiyyətim olmayıb.
Qeyd edək ki, bir qədər əvvəl Bayram Özbekin adı "Kurtlar Vadisi Pusu" serialının ssenarisinə müdaxilə edən polis rəislərindən biri kimi hallanmışdı. Özbəyin serialın ilk prodüseri Osman Sınavın ssenari hazırlamaqla bağlı dərslərində iştirak etdiyi bildirilirdi.