Tanınmış infeksionistdən virusun ikinci dalğası barədə SOS: "Ölüm halları arta bilər"
18:27 07.06.2020
Hadisə
630
Yoluxucu xəstəliklər üzrə yapon mütəxəssis Akihiro Sato koronavirus pandemiyasının ikinci dalğa ehtimalını qiymətləndirib. Onun hesablamalarına görə, ikinci dalğanın baş vermə ehtimalı təxminən 90% təşkil edir və çox güman ki, gələn payızda start götürəcək.
Ekspert ikinci dalğanın baş verəcəyi dəqiq tarixi proqnozlaşdırmaqda çətinlik çəkdiyini bildirib.
"Çox güman ki, gələn payız və ya qış aylarına təsadüf edir, ancaq ikinci dalğanın artıq iyul və ya avqust aylarında baş verməsi ehtimalı rədd edilə bilməz", - A.Sato qeyd edib.
O, infeksiyanın yayın istisində məhv olacağı barədə məlumatdan şübhələndiyini söyləyib. Yoluxucu xəstəliklər üzrə mütəxəssis Asiya və Cənubi Amerika ölkələrini, yoluxmuşların sayına görə ikinci yerdə olan Braziliyanı misal göstərib. O, Braziliyada isti hava şəraitinə baxmayaraq çox sayda yoluxmuş insanın olduğunu xatırladıb.
Yapon həkimlərinin fikrincə, ölkənin müxtəlif bölgələrində eyni vaxtda infeksiya ocaqlarının meydana gəlməsi koronavirusun ikinci dalğasının başladığını göstərən əsas əlamətdir. Həkim hadisələrin belə bir nəticəsinin əsas təhlükəsini əhalinin əksəriyyətinin koronavirusa yoluxmamasında və hələ kütləvi immunitet əldə edə bilməməsində görür.
"Xəstəliyin kəskin artması ölkələrin səhiyyə sistemlərinin çökməsinə, nəticədə infeksiyadan sonra ölüm hallarında artıma səbəb ola bilər. Digər bir təhlükə virusun mutasiyasıdır. Mutasiya etsə, daha ölümcül ola bilər. Ancaq müsbət tərəflər var. İkinci dalğa birincisindən daha az davam edəcək, çünki insanlar və hakimiyyət orqanları xəstəliyin yayılmasına qarşı tədbirlər görməkdə daha məsuliyyətli davranır", - deyə ekspert izah edib.
İkinci yoluxma dalğasına hazırlıqlı olmaq üçün mütəxəssis özünü təcrid etməyi, sosial məsafəni qorumağı və qoruyucu vasitələr taxmağı məsləhət görüb.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da koronavirusun ikinci dalğasının vaxtını açıqlayıb. Təşkilatın Avropadakı regional ofisinin direktoru Hans Klyugeyə görə, ikinci dalğa sentyabr ayında başlaya və mövsümi qripin yayılması ilə üst-üstə düşə bilər. Bu halda bəzi ölkələrdə COVID-19 pandemiyası səbəbindən müntəzəm peyvəndləmə işlərinin dayandırılması ilə vəziyyət daha da ağırlaşacaq. (publika.az)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat