Valideynlər, övladlarınızı “TikTok”dan qoruyun
Yusif Sultanoğlu
02:25 28.01.2021
Hadisə
795
Lalə Mehralı: "Övladımızı bizdən başqa kimsə qoruya bilməz"
İtaliyada “TikTok”un təhlükəli oyununda iştirak edən 10 yaşlı qız ölüb. Uşaq “Blekaut” adlı dözümlülük yarışı yerinə yetirərkən boğularaq həyatını itirib. Yarışın şərtlərinə əsasən iştirakçılar video yayımlandığı müddətdə boyunlarını kəmərlə sıxmalı və nəfəslərini tutmalı imiş. Nəticədə balaca qız həlak olub, onu hamam otağında yanında telefonla 5 yaşlı bacısı tapıb.
Bu səbəbdəndir ki, dəfələrlə maarifləndirici yazılar yazıb, valideynləri uşaqları “TikTok”dan qorumağa çağırırıq. Lakin hələ də həmin sosial şəbəkə platformasına uşaqların, gənclərin axını müşahidə olunur.
Məsələni “Şərq”ə şərh edən jurnalist-sosioloq Lalə Mehralı valideynlərin mütəxəssislərin tövsiyələrinə məhəl qoymadıqlarını söyləyib:
“Peşəkarlar, övladınızı həmin platformadan qoruyun, təhlükəlidir, uşaqların tərbiyəsinə, mənəviyyatına zərərlidir" deyirlər. Valideynlər üçün isə bunların önəmi yoxdur.
Çünki 10-12 yaşlı uşaqlar kamera qarşısında əcaib hərəkətlər edib, jarqonla danışırlar, meyxana oxuyurlar, söyüşlə videolar çəkirlər. Tutaq ki, onların bir-ikisinin valideyni durumdan xəbərsizdir.
Axı “TikTok” hər kəsə açıq platformadır. Onların ətrafında kimsə görüb tanımalıdır, valideynə xəbər etməlidir ki, övladın bu işlərlə məşğuldur. Bilirlər, lakin etinasız yanaşırlar. Mətbuatda dərc olunsun, televiziyada göstərilsin ki, İtaliyada belə bir hadisə baş verib, deyəcəklər ki, təsadüfdür. Təsadüflər də zərurətdən doğur.
Biz hər şeyə təsadüf deyərək məsuliyyətdən yaxamızı kənara çəkirik. Məsələn, selfi yeni dəbə düşəndə nə qədər insanın həyatını itirdiyinin şahidi olduq. İndi körpə uşaqlara smartfon telefon alıb, sərbəst internet istifadəsinə icazə vermək nə dərəcədə doğrudur?
Bunun özü mübahisəli mövzudur. Düzdür, onlayn təhsillə bağlı uşaqların hamısında smartfon telefon var. Amma nəzarət olunmalıdır. Odur ki, valideynlərin üzərinə böyük məsuliyyət düşür. Övladımızı bizdən başqa kimsə qoruya bilməz. Valideynin öz övladına qarşı maksimum diqqətli olmasından başqa çarəsi yoxdur.
Qloballaşan dünyada informasiya texnologiyalarının əjdahaya çevrildiyi bir zamanda ana, ata hər cür tələyə qarşı gözü açıq olmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
18:00 02.07.2026
Siyasət
Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
17:52 02.07.2026
Hərbi
Dəməşqdə kafedə partlayış baş verib - Ölən və yaralananlar var
17:40 02.07.2026
Gündəm
Ukrayna ilk dəfə öz ballistik raketindən istifadə etdi
17:33 02.07.2026
Dünya
İnternet sürətində sıçrayış gözlənilir
17:33 02.07.2026
Texnologiya
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi
17:18 02.07.2026
Hərbi
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
17:11 02.07.2026
Dünya
Suriya və Livan arasında razılaşma imzalanıb
17:04 02.07.2026
Dünya