Zəlzələdən sağ çıxan uşaqlar...
Yusif Nəzərli
01:17 14.02.2023
Hadisə
589
Hərbçi qadınlar onların üzünü güldürməyə çalışır
Malatyada hərbçi qadınlar zəlzələdən zərərçəkmiş uşaqlara şəfqət göstərir, onlarla müxtəlif oyunlar keçirir, üzlərini güldürməyə, sevindirməyə çalışırlar. “Şərq”! “Milliyet.com”a istinadən xəbər verir ki, Malatyada da çadır şəhərcik salınıb, digər qurumların əməkdaşları ilə yanaşı, burada əsgərlər də əhaliyə dəstək olur. Çadırların qurulması, içərisinin qızdırılması, yemək paylanması, zəruri ehtyacların qarşılanması üçün bölgəyə gələn yardımların zərərçəkmişlərə çatdırılması işlərində Türkiyə Silahlı Qüvvələrinin əsgər və zabitləri də səfərbər olub. Türk əsgəri çadırlara sığınmış əhaliyə ata, qardaş, qadın hərbçilərsə ana, bacı xidməti göstərir. Hərbçi xanımların xüsusən uşaqlarla məşğul olması ürəkləri isidən mənzərə yaradır. Manisa bölgə Jandarma Komandanlığında zabit rütbəsi daşıyan Bəlkıs Şahinər uşaqlarla dostlaşıb. B.Şahinər Malatya Şəkər Fabrikinin ərazisində qurulan çadır şəhərciyində ilk gündən vəzifə başındadır. Zərərçəkənlərə mənəvi ruh yüksəkliyi yaşatmaq üçün müxtəlif üsullara əl atır. Buradakı qız uşaqlarının saçlarını darayır, hörür, üzünü müxtəlif rənglərə boyayaraq fərqli-fərqli şəkillər çəkir, uşaqları sevindirməyə çalışır. Qızları sıraya düzərək kütləvi oyunlar icra edir. B.Şahinər deyib ki, burada 6 qadın zabit vəzifə başındadır: “Burada zərərçəkmişlərə yardım etmək üçün gəlmişik. Uşaqlarla məşğul oluruq, qadınların nəyə ehtiyacı olduğunu öyrənib, kömək edirik. Hər zaman Vətənimizin, millətimizin yanındayıq”. 11 yaşlı Zeynəb Koşar da “burda əsgər əmilər, əsgər xalalarla oyunlar oynayırıq. Nə istəyirik, verirlər. Bizə “heç nədən qorxmayın, deyirlər. Biz də daha qorxmuruq”, söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya