Qripə qarşı peyvəndi hər kəs vurdura bilməz
Yusif Nəzərli
03:40 10.10.2024
Sağlamlıq
546
Payız əsl zamanıdır
Payız bəllidir ki, soyuqdəymə, qrip xəstəliklərinin özünü daha çox göstərdiyi mövsümdür. Havaların dəyişməsi bir çox insanda immun sistemin zəifləməsinə, xəstəliklərin baş qaldırmasına səbəb olur. "Covid-19"dan bu yana tibb mütəxəssisləri koronavirus peyvəndləri ilə yanaşı, həm də qripə qarşı peyvənd olunmağı məsləhət görürlər. Amma qripə qarşı peyvənd kimlərə və nə zaman vurulmalıdır?
“Sherg.az” “NTV.com.tr”yə istinadən mütəxəssis rəyini təqdim edir. Qrip peyvəndi hər il qrip mövsümündən əvvəl, adətən payız aylarında vurulur. Qripə qarşı peyvənd qrip virusunun müxtəlif ştamlarına qarşı immunitetin formalaşmasına kömək edir. Qrip peyvəndini hər kəs vurdura bilərmi və bu peyvənd hər il təzələnməlidirmi? Mütəxəssislər bildirir ki, qrip peyvəndi hər il qrip mövsümündən əvvəl, adətən payız aylarında vurulur. Ümumdünya Səhiyyə Təşkilatı virusdakı dəyişiklikləri diqqətlə izləyir və peyvəndin tərkib hissələrinə dair illik tövsiyələr verir. Hər il vaksinin tərkibi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla hazırlanır. Son illərdə istifadə edilən peyvəndlər arasında qripin iki alt növü A və bir növ B qripi var. Hazırlanmış peyvəndlə dövriyyədə aşkarlanan viruslar arasında antigenik oxşarlıq olarsa, peyvənd 50-80 faiz qoruma təmin edə bilər. Sağlam yetkinlərdə vaksinin təmin etdiyi qoruyucu antikor səviyyəsinin A qripi üçün 80 faizdən çox olduğu bildirilir. Yaşlı insanlarda qorunma daha aşağı olsa da, elmi nəşrlərdə onun fəsadları və ölüm riskini azaltdığı göstərilir. Mövsümi qripə səbəb olan qrip virusu hər il dəyişə bilər və qrip peyvəndinin tərkibi bir il əvvəl epidemiyaya səbəb olan virus növləri müəyyən edilərək Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanır və peyvəndin tərkibi bundan asılı olaraq hər il dəyişir. Peyvənd tətbiq olunduğu qrip mövsümü üçün təsirli olur. Çünki əvvəlki qrip xəstəliyindən və ya vurulmuş qrip peyvəndindən asılı olmayaraq, mövsümi qripə qarşı effektiv qorunma təmin etmək üçün hər il qrip peyvəndi aparılmalıdır. Peyvəndin qoruyucu təsiri peyvənd vurulduqdan iki həftə sonra başlayacağı üçün peyvəndə ən uyğun vaxt qripin yayılmağa başlamasından bir qədər əvvəldir. Qrip peyvəndi üçün oktyabr və noyabr aylarına üstünlük verilməlidir. Peyvənd olunmayan şəxslər martın sonuna qədər peyvənd oluna bilər. Peyvəndin qoruması təxminən 6-8 ay davam edir.
Qrip peyvəndi 6 aydan kiçik uşaqlara, hamiləliyin ilk 3 ayında olanlara, ağır yumurta allergiyası və ya peyvəndin tərkibindəki hər hansı maddəyə ciddi allergiyası olanlara və ya tarixdə ciddi xəstəlikləri olanlara vurulmamalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya