Ərdoğan: İsrail dövlətindən gələ biləcək addımları nəzarətdə saxlayırıq
11:48 12.10.2024
Dünya
311
“Türkiyənin küçələrində qarışıqlıq yaratmaq istəyənlər bu addımın əvəzini artıqlaması ilə ödəyəcəklər”.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, hökumət güc strukturları ilə birgə ölkəyə yönələcək istənilən təhdidlərin qarşısını almağa qadirdir:
“Ölkədə təxribat törətməklə xaos yaratmaq istəyənlərə qarşı bundan sonra da mübarizə aparılacaq. Bu, öz siyasi mənfəətləri naminə analoji proseslərə cəlb olunan siyasətçilərə də aiddir. Onlar bilməlidir ki, bizim əl-qolumuz qətiyyən bağlı deyil. Küçələrdə qarışıqlıq və xaos yaratmaq istəyənlərə xəbərdarlıq edirəm ki, onların cəzası ağır olacaq”.
Türkiyə lideri Rusiya, İran və Suriyanın İranın mövqeyindən çıxış etdiyini ABŞ, İngiltərə və Almaniyanın isə mövqelərinin rəsmi Tehranla ortaq olduğunu diqqətə çatdırıb:
“Koalisiya qüvvələri PKK/YPG terror təşkilatını himayəsinə götürməsi Suriyanın ərazi bütövlüyünə ən böyük təhdiddir. Buna görə də Rusiya, Suriya və İran üçlüyü Suriyanın ərazi bütövlüyünə qarşı təhdid sayıla biləcək bu vəziyyətdə daha effektiv tədbirlər görməlidir. Bölgədə müharibənin miqyasını daha da genişləndirmək cəhdləri fonunda region ölkələr mənfəətlərindən imtina edib Yaxın Şərq regionunun xilası üçün çalışmalıdır. Əlbəttə ki, İsrailin hücuma meylli dövlət olması gözardı edilə bilməz. İsrail tərəfi Yaxın Şərqdə soyqırımına, biz isə onların əməllərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa davam edəcəyik. Biz Milli Kəşfiyyat Xidməti ilə birlikdə ölkəmizə İsrail dövlətindən gələ biləcək addımları nəzarətdə saxlayırıq”.
O həmçinin Suriyada gərginliyin azaldılması üçün rəsmi Ankaranın atdığı addımlardan danışıb:
“Bu istiqamətdə bütün diplomatik alətlərdən istifadə etmişik. Hesab edirəm ki, hazırda da bu üsul bölgədə gərginliyi azaltmağa kömək edəcək. Biz həm Suriyada, həm də dünyanın istənilən nöqtəsində sülhün tərəfdarıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm