
Qalib xalq, uca bayraq!
18:30 09.11.2024
Siyasət
531
Dövlət Bayrağı Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib.
Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan bayrağı işğaldan azad olunmuş ərazilərdə qürurla dalğalanır.
Qeyd edək ki, Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb.
Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun ideya müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Heç şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini bariz şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində bu bayraq artıq o ərazilərdə qürurla dalğalanır. Qarşıda duran əsas vəzifə bu bayrağın daima ucalarda dalğalanması üçün səylə çalışmaqdır.
Milli Məclisin deputatı Günay Ağamalı "Sherg.az" a açıqlamasında deyib ki,
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir:

"Üç rəngli şanlı bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün azadlıq, qürur və iftixar mənbəyidir.
Dövlət bayrağımızın şanlı tarixi Azərbaycan Xalq Cumhuriyyətinin adı ilə bağlıdır. Xalqımızın görkəmli mütəfəkkiri Əli bəy Hüseynzadənin müəllifi olduğu müzəffər bayrağımız istiqlal ideologiyamızın üç təməl prinsipini özündə ehtiva edərək milli kimliyimizin əsasını təşkil edir.
Azərbaycan xalqı taleyüklü məsələlərdə doğru seçim etməklə hər zaman öz müdrikliyini nümayiş etdirib. Cənab Prezident İlham Əliyevə olan yüksək etimad və inam bütün uğurlarımızın və qələbələrimizin məntiqidir.
Hər bir Azərbaycan vətəndaşı yaxşı bilirdi ki, müzəffər bayrağımızı dünya siyasi arenasında və işğal olunmuş torpaqlarımızda dalğalandırmaq potensialı yalnız dahi rəhbərimiz Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı cənab Prezident İlham Əliyevdə cəmləşib. Ona görə də dövlət tariximizin ən qürurlu və ən əzəmətli anlarını yaşadığımız bu günlərdə hər bir Azərbaycanlı Ali Baş Komandanın ətrafında sıx birləşməklə növbəti uğurlara doğru inamla addımlayır.
44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində işğaldan azad edilən torpaqlarımızda Azərbaycan bayrağı qaldırılıb.
Biz artıq qalib xalqıq və dörd ildir ki, üçrəngli bayrağımız suveren qüdrətli, məğlubedilməz Azərbaycanın hər bir güşəsində şərəflə dalğalanır. Əziz soydaşlarım, Dövlət Bayrağı Günümüz mübarək!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı