
Paşinyan Sarkisyan və Koçaryanı seçkilərə kimi neytrallaşdıra bilər - ŞƏRH
Yusif Nəzərli
08:44 08.06.2025
Siyasət
447
"Ermənistanda Qarabağ separatçılarının yenidən fəallaşması özlərinə "prezident" və "parlament sədri" seçməsi birbaşa Moskvanın təlimatı ilə reallaşır".
Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, prosesləri də idarə edən keçmiş prezident Robert Koçaryandır:
"Sabiq prezident Serj Sarkisyan da Koçaryanın baş nazirliyini dəstəklədiyini vurğulayıb. Yəni, Kremldən Ermənistan müxalifətinə fikir ayrılıqlarına kənara qoyaraq "birləşmək" mesajı verilib. Hər gün müxalifətin əlində olan kütləvi informasiya vasitələrindən Koçaryanın piarı aparılır. Görünür, Moskva Paşinyana alternativ olaraq Koçaryanı seçib. Ermənistanda gələn il keçiriləcək parlament seçkilərinə kimi separatçılar, Kilsə və müxalifətin Koçaryanın ətrafında birləşməsi mümkündür. Baş nazir arxayındır ki, Koçaryan ona qalib gələ bilməz. Amma Koçaryanın toparlanması və ətrafında yeni gücün ortaya çıxması fonunda seçkilərdə Paşinyana qarşı üstünlük əldə edə bilərlər. Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə Rusiya yönümlü partiya hər seçkilərində qalib gəlir. Ancaq Paşinyan Sarkisyan və Koçaryanı seçkilərə kimi neytrallaşdıra bilər. 2026-ci ilin yayının Ermənistanda "isti" keçəcəyi inidən gözlənilir. Rusiya Ermənistanda yenidən özünə sadiq adamları iqtidara gətirmək üçün birbaşa hərəkətə keçib. Rusiya bununla regiondan Qərbi çıxarmağı və Azərbaycan-Ermənistan arasında sülh müqaviləsini ertələməyi planlaşdırır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol