İstiliyin verilməsinə başlanıldı: Problemi olan vətəndaşların NƏZƏRİNƏ
Yusif Nəzərli
07:51 15.11.2021
Gündəm
430
Bu gündən etibarən paytaxt və digər ərazilərdə yaşayış binalarına, eləcə də aidiyyəti üzrə dövlət müəssisələrinə istiliyin verilməsinə başlanılıb.
Bu barədə Oxu.Az “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.
O bildirib ki, noyabrın 15-dən etibarən 2021-2022-ci il payız-qış mövsümü ilə əlaqəli olaraq “Azəristiliktəchizat” tərəfindən qazanxana və istilik mərkəzlərinin işə salınması ilə bağlı ərazilərə xidmət göstərən bütün istilik-istismar müəssisələrinə müvafiq göstərişlər verilib:
“Bu il “Azəristiliktəchizat”nın işləməsi nəzərdə tutulan 559 qazanxana və 90 istilik məntəqəsi vasitəsilə 3870 yaşayış binası, həmin yaşayış binalarında 184 minə yaxın mənzil, eyni zamanda layihə üzrə tərəfimizdən istilik enerjisi ilə təmin olunması nəzərdə tutulan bütün məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və digər sosial, təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulub.
Gün ərzində bütün istilik məntəqələrinin və qazanxanaların işə salınması nəzərdə tutulub. Vətəndaşlarımız onları maraqlandıran suallarla bağlı və ya istilik təchizatında problem yaranarsa “Azəristiliktəchizat” 956 - Çağrı Mərkəzinə müraciət edə bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya