“Sürücülərin üzr istədilməsini xoş qarşılamıram”
Yusif Nəzərli
13:21 18.02.2022
Aktual
753
Fevralın 17-də Heydər Əliyev prospektində yük maşınları yolu bağlayıb. 4 yük avtomobilinin sürücüləri yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriblər. Onlar Dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb edib. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur. Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranıb. TIR sürücülərinin yolu bağlaması faktı ilə əlaqədar cinayət işi başlanılıb. Onlar tıxaca səbəb olduqlarına görə üzr istəyiblər.
Yolu bağladıqlarına görə saxlanılan sürücülərlə bağlı məsələyə münasibət bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu "sherg.az"a bildirib ki, sürücülər üzr istəyiblərsə, deməli, səhvlərini başa düşüblər:
“Aramızda nadürüst insanlar var. Həmin yolda olanlar elə nadürüst insanlar olublar. Biz Vətən müharibəsini qazandıq, lakin mənəvi dəyərləri qazana bilməmişik. Həm əhalinin, həm də məmurların mənəvi dəyərləri yüksəldilməlidir. İnsanların bir-birilərinə hörmətlə yanaşması vacibdir.
Orada yalnız həmin adamalara yox, dövlətə də zərər verildi. Əgər pozuntu halları aşkar edilirsə, o zaman qanuna uyğun olaraq cəza tətbiq edilməlidir. Mənəvi dəyərlərimizə hörmətlə yanaşdıqdan sonra biz rahatlıqla millət olduğumuzu deyə bilərik. Sürücülərin üzr istədilməsini xoş qarşılamıram”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya