Dəhşətli müharibə Zelenskinin psixologiyasını pozub
Yusif Nəzərli
06:16 10.08.2022
Siyasət
656
Qərb ölkələrinin rus xalqı ilə arasına “divar hörməsi” əks effekt verər
"Belə bir addım atılarsa, ruslar tamamilə özlərinə qapanar və Qərbin təsir imkanları sıfıra enər"
Ukrayna Prezidenti V.Zelenski Kiyevə silah və maliyyə yardımı göstərən Qərb ölkələri qarşısında yeni tələblər irəli sürüb. Zelenski bildirib ki, Qərb ölkələri rusların öz ərazilərinə girişini qadağan etməlidir. Onun sözlərinə görə, ən mühüm sanksiyalar sərhədlərin bağlanmasıdır, çünki ruslar başqasına məxsus torpaqları alırlar: “Ona görə də onlar fəlsəfələrini dəyişənə qədər öz dünyalarında yaşamalıdırlar”. Zelenski əlavə edib ki, bu qadağa hətta hakimiyyətin hərəkətlərinə etiraz olaraq ölkəni tərk etmiş Rusiya vətəndaşlarına da şamil edilməlidir: “Rusiyanın bütün əhalisini hesaba çəkmək mümkündür. Çünki hökuməti onlar seçiblər, amma hökumətlə mübarizə aparmırlar”. Xatırladaq ki, müharibədən sonra 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və Xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
Politoloq İlqar Vəlizadə “Şərq”ə bildirib ki, uzun sürən müharibədən, fasiləsiz və gərgin iş qrafikindən sonra Ukrayna prezidentinin psixoloji vəziyyəti pozulub. Analitikin sözlərinə görə, aylardır davam edən dəhşətli müharibənin psixoloji fəsadları özünü açıq-aşkar göstərir:
“Belə vəziyyət Zelenskinin emosional çıxışlarına səbəb olur. Ukrayna prezidentinin Türkiyə ilə bağlı da əsassız tənqidi fikirləri gündəmə gəlmişdi. Ruslarla bağlı dedikləri də bu qəbildəndir. Siyasətçilər ən gərgin anda belə məsələlərə təmkinlə yanaşmalı, ehtiyatlı açıqlamalar verməlidir. Zelenski hər addımı ilə aktyor olduğunu, real siyasətdən baş çıxara bilmədiyini göstərir. Görünür, sənət adamları daha çox emosional və çılğın olurlar”.
İ.Vəlizadə bəyan edib ki, Qərb ölkələrinin rus xalqı ilə arasına “divar hörməsi” əks effekt verər:
“Belə bir addım atılarsa, ruslar tamamilə özlərinə qapanar və Qərbin təsir imkanları sıfıra enər. Rusiyada ukraynapərəst açıqlamalar, mövqelər tamamilə aradan qalxar. Rusiya iqtidarı cəmiyyəti daha rahat mobilizasiya etmək imkanı qazanar.
Deyər ki, “baxın, rus olduğumuza görə bizi heç yerdə qəbul etmirlər”. Yəni Qərb və Ukrayna üçün mənfi təsirlər daha çox olar.
Çünki Zelenski müharibəyə görə Putin hökumətini deyil, bütövlükdə rus xalqını suçlayır, onları ittiham edir. O baxımdan Zelenskinin çağırışının reallaşması mümkün görünmür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı