STM və SETA: əməkdaşlığın yeni mərhələsində
Yusif Nəzərli
07:16 15.08.2022
Aktual
427
Sosial Tədqiqatlar Mərkəzi dünya səviyyəli beyin mərkəzləri ilə əlaqələrini genişləndirməkdədir.
Belə ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın rəhbəri Bürhanəddin Duranla görüş keçirib.
"Sherg.az"ın xəbərinə görə, gorüşdə bildirilib ki, hələ pandemiya dövründə iki qurum arasında geniş əlaqələr yaradılıb, birlikdə müəyyən proseslər həyata keçirilib, eyni zamanda həmin dövrdə onlayn razılaşmalarla həyata keçirilən əməkdaşlıq artıq yenilənmiş və daha da geniş, eyni zamanda rəsmi formada sədrlər səviyyəsində təsdiq edilib.
SETA kimi qlobal beyin mərkəzi ilə qurulan münasibətlər göstərir ki, Azərbaycanda da dövlət idarəçiliyində STM –in timsalında beyin mərkəzlərinin işinin getdikcə daha geniş şəkildə təşəkkül tapması mütləq Türkiyə kimi doğma mühitin təcrübələrindən daha geniş şəkildə istifadəni də aktuallaşdırır.
Elmi, intellektual, müasir data-analiz sahəsində biliklərin mübadiləsi, birgə layihələr, kadr hazırlığı, study kurslar, o cümlədən birgə siyasi gündəmin analiz edilməsi, bir-birinin siyasi gündəmi ilə yaxından tanışlıq, müxtəlif beynəlxalq tədbirlərdə bir-birlərinin nəzərə alınması və s. məsələlər imzalanan əməkdaşlıq sənədində öz əksini tapıb.
Mehriban dostluq şəraitində keçən görüşdə ikinci Qarabağ müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi altında Cənubi Qafqazda formalaşan yeni düzən və Qardaş Türkiyənin, onun liderinin bu prosesdə aktiv iştirakı, həyata keçirilən kommunikasiya, açılım, bir sözlə, yeni sülh quruculuğu siyasətində beyin mərkəzlərinin roluna xüsusi vurğu edilib.
Qarşıdakı dövrdə heyətlərin görüşləri, qarşılıqlı səfərlər, onlayn platformalarda məsləhətləşmələrə qərar verilib.
Qeyd edək ki, SETA qurumu daxili siyasət, xarici siyasət, iqtisadiyyat, cəmiyyət və media, hüquq və insan hüquqları, təhlükəsizlik, strateji, təhsil və sosial siyasət, Avropa üzrə tədqiqatlar və enerji sahələrində geniş tədqiqat işləri aparır, onları müasir elmi texnologiyalar vasitəsilə təqdim edir. Qurum təkcə mövcud məsələlər dair araşdırmalar aparmır, eyni zamanda problemlərin həllinə dair təkliflər təqdim edir.
SETA-nın Ankara və İstanbuldan başqa, Vaşinqton, Berlin və Brüsseldə ofisləri fəaliyyət göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq