“525-ci qəzet”in 30 illik yubileyi qeyd edilib
Yusif Nəzərli
11:49 17.11.2022
Media
1119
“525-ci qəzet” müstəqil mətbuat yaratmaq istəyənlər üçün canlı nümunədir”.
“Report” xəbər verir ki, bunu AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru İsa Həbibbəyli “525-ci qəzet”in 30 illik yubileyinə həsr olunan “Müstəqillik dövrünün müstəqil mətbuatı: “525-ci qəzet” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, “525-ci qəzet” Azərbaycanda müstəqillik dövrünün ən davamlı müstəqil mətbuat orqanıdır:
“Bu qəzet 30 ildir, öz aydın yolunu davam edir. Müstəqil mətbuat yaratmaq istəyənlər üçün canlı nümunədir. Onun özünəməxsus siması var. Qəzet çoxprofilli orqandır. Azsaylı mətbuatdır ki, bütün sahələri özündə əks etdirmək imkanı var. “525-ci qəzet” flaqmandır və müasir jurnalistika məktəbidir”.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov qeyd edib ki, sözügedən qəzet cəmiyyətdə baş verənlərə operativ reaksiya verib:
“Nə qədər qəzet gəlib-gedib. Uğur qazanan və qazanmayanlar olub. Amma bu qəzet hörmət qazananlardan və oxunanlardandır”.
Daha sonra digər qonaqların iştirakı ilə qəzetin mətbuatdakı rolu və əhəmiyyəti barədə müzakirə aparılıb.
Sonda İ.Həbibbəyli qəzetin baş redaktoru Rəşad Məcidə “Şuşa qalası” rəsm əsərini hədiyyə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm