“Məhəmmədi incidən məqamları axtarmaq lazımdır”
Yusif Nəzərli
10:39 04.04.2023
Cəmiyyət
579
"Son bir neçə gün ərzində 17 yaşlı Məhəmmədin sosial şəbəkələrdə yayılan videosuna baxdıqda düşündüm ki, vəziyyət bu həddə çatmamalı idi".
Bunu "Sherg.az"a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 3 saylı uşaq evində qalan yeniyetmənin yayılan iddialarından danışarkən deyib. Onun sözlərinə görə, əsas səbəb təlim-tərbiyə prosesinin düzgün seçilməməsi və uşağın müəssisəyə gəlməz öncə düzgün qiymətləndirməsinin aparılmamasıdır:
"Bir uşaqda psixoloji durum, travmalar, davranış pozuntuları müəyyən olunduğu halda müalicə üsulu tətbiq olunmalıdır. Sözügedən hadisəyə baxdıqda məlum olur ki, uşaqla işləmək diqqətdən qaçırılıb. Yayılan videonu izləyərkən Məhəmmədə verilən suallarda bəzi məqamların kim və ya kimlərsə tərəfindən idarə olunmasını müşahidə etdim. Uşaq müəssisələrində təlim-tərbiyə prosesində müəyyən boşluqlar var. Çünki bu gün uşaq evləri, internat məktəblərində sosial işçilər yoxdur. Halbuki bu uşaqların qiymətləndirilməsi həmin sosial işçilər vasitəsilə həyata keçirilməlidir. Hazırda uşaq evlərində psixoloqları monitorinq edək, qiymətləndirmə aparaq, görək, nə vəziyyətdədir?! Bu, çox önəmlidir. Uşağın o həddə çatmasının səbəbi ailə ilə uşaq müəssisəsi arasında heç bir koordinasiyanın olmamasıdır. Məhəmmədin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsini qəbul edə bilmirəm".
K.Ağazadə diqqətə çatdırıb ki, davranış pozuntusu bir çox hallarda şəxsiyyət pozuntusuna da gətirib çıxarır:
"Amma bu, bir gündə yaranan problem deyil. Aylarla, illərlə formalaşan aqressivləşmiş bir fərdin üsyanının indi ortaya çıxmasıdır. Amma düşünürəm ki, burada kiminsə “əli” də var. Hamı məktəb rəhbərliyini hədəf alıb. Məktəb rəhbərliyi zamanında müəyyən məsələləri diqqətə almalı idi. Amma uşaq müəssisələrindən yuxarı instansiya uşaqlarla bağlı hansı tədbirləri həyata keçirib?! Direktorun dediyi kimi, onun davranışlarında hər hansı bir qanuna zidd əməllər, cinayət hərəkətləri var idisə, niyə zamanında qərar verib, uşağın islah olunması istiqamətində iş aparılmayıb?! Məsələyə birtərəfli yanaşmaq düzgün deyil. Amma bu gün həmin uşağın sığınacaqda, xəstəxanada deyil, ailəsinin yanında olub, nəzarətə alınmasına çox böyük ehtiyac var. Bir neçə gün əvvəl kiçik bir yazı paylaşdım. Sığınacağımızda yaşayan balaca bir oğlanın uzaq qohumları gəlmişdi. Ona pizza alıb, gətirmişdilər. Uşaq dedi ki, gətirməyin. "Burada o qədər yemişəm ki, artıq doymuşam". Yəni uşaq həmişə düzünü deyir. Toxdursa, bunu söyləyəcək. Məhəmmədi incidən məqamları axtarmaq lazımdır. Demək ki, həqiqətən də, sümüyün üstündə ət olmayıb ki, bunu dilə gətirib. Bizim sığınacaqda da problemli sakinlər olur. Onsuz da müəssisəmizə gələn uşaqlar zorakılıq qurbanlarıdırlar və çox aqressiv uşaqlardır. Ciddi problemləri, travmaları var. Sığınacağımızdan da qaçanlar olanda polis soruşur ki, "Səni orada incidiblər?", "Sənə yemək vermirdilər?", "Paltarınız olmayıb?" "Bəs niyə qaçmısan?" "Mənə saçımı hördürürdülər", "Azadlığım əlimdən alınıb". Bu həmin uşaqlardır ki, davranış pozuntuları artıq bizlə qarşılaşana qədərki zamanda formalaşıb. Ona görə də mütləq uşaq evlərində qiymətləndirmə prosesinə başlamaq lazımdır".
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə 3 saylı uşaq evində qalan yeniyetmənin videosu yayılıb. Videoda yeniyetmə müəssisədə uşaqlara quru çörək verildiyini iddia edib. “Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”. Həmin uşaq bu hadisədən sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm
Avropasız Ukrayna razılaşması olmayacaq - ŞƏRH
20:11 10.11.2026
Gündəm