Putin Ukraynada qalib gəlməməlidir – Stoltenberq
Yusif Nəzərli
20:25 27.11.2023
Siyasət
441
Kiyev Rusiyanın ələ keçirdiyi əraziləri hələ geri qaytara bilməsə də, Ukrayna Rusiyanı ciddi itkilərə məruz qoyur.
Globalinfo.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Əlbəttə, biz istərdik ki, onlar (Ukrayna) mümkün qədər çox ərazini azad etsinlər və (bunu) tez bir zamanda etsinlər. Lakin cəbhə xəttində irəliləyiş olmasa də, ukraynalılar Rusiya işğalçılarının böyük itkilər verməsinə nail olub” – deyə Şimali Atlantika Alyansının rəhbəri bildirib.
Stoltenberq son həftələr və aylar ərzində baş verən döyüşlərin bütün müharibə ərzində ən gərgin döyüşlərdən olduğunu xatırladıb.
“Biz cəbhə xəttində bir o qədər də irəliləyiş olmaması ilə reallıqda çox ağır döyüşlərin getdiyini ayırd etməliyik”, – Stoltenberq vurğulayıb.
NATO-nun baş katibi qeyd edib ki, Kiyev Rusiyanın genişmiqyaslı müdaxilə başlayandan bəri ələ keçirdiyi ərazilərin 50 faizini artıq geri alıb.
“Bu, Ukrayna üçün böyük qələbədir”, Stoltenberq deyib və əlavə edib ki, “Rusiya siyasi, iqtisadi və hərbi cəhətdən zəifləyir”.
Qərbin Ukraynaya dəstəyindən danışan Stoltenberq qeyd edib ki, Almaniya və Niderland Kiyevə hərbi yardımı 10 milyard avro (11 milyard dollar) həcmində artıracağına söz verib.
Münaqişənin son nəticədə necə sona çatacağı məsələsinə toxunan Stoltenberq deyib ki, “bu müharibənin başa çatdırmasının məqbul yollarına Ukrayna qərar verməlidir”.
“Bizim Ukraynanı dəstəkləmək və ona (Rusiya tərəfindən işğal olunmuş) mümkün qədər çox ərazilərini azad etmək və danışıqların başlaya bilməsi üçün (Ukraynaya) ən yaxşı vəziyyətdə olması imkanı vermək kimi öhdəliyimiz var” – deyə, o bildirib.
Çərşənbə axşamı Brüsseldə görüşəcək NATO xarici işlər nazirlərinin Kiyevi dəstəkləyəcəklərinə əmin edəcəkləri gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat