Aytən Səfərovanı efirə buraxmırlar
Aytən Səfərovanı efirə buraxmırlar
12:10 03.06.2024
Cəmiyyət
370
Bir müddət əvvəl avtomobil qəzası keçirmiş Xəzər TV-nin aparıcısı Aytən Səfərova Xəzər televiziyasına geri dönüb.
Axar.az xəbər verir ki, bu barədə Yenisabah.az-a Aytən Səfərovanı tez-tez ziyarət edən keçmiş iş yoldaşı və rəfiqəsi məlumat verib.
Onun sözlərinə görə, artıq teleaparıcının vəziyyəti yaxşıdır.
Televiziyaya qayıtmağına baxmayaraq, Səfərova "Xəzər" telekanalındakı əvvəlki vəzifəsinə geri dönməyib. Bunu ona telekanal rəhbərliyinin məsləhət gördüyü bildirilir.
Mənbə deyib ki, istintaq davam etdiyi üçün bu sezon aparıcının efirə çıxması məqbul sayılmır. Hətta ona işə qayıtmasını publik şəkildə açıqlamamaq tövsiyə edilib.
Səfərovanı Xəzər TV-nin “Xəbər ertəsi” verilişində sezon sonuna qədər jurnalist Ruzana Kərimli əvəz edəcək.
Aparıcı hazırda telekanalda redaktor vəzifəsində çalışır.
Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hunday İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub. Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət