Noyabra qədər sülh sazişi olsa, hər şey dəyişəcək - RƏY
12:25 08.06.2024
Siyasət
523
Paşinyanın COP29 tədbirində iştirakı gözlənilən variantlardandır
Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakıda keçiriləcək COP29 zirvəsində iştirakı ilə bağlı şayiələr təkzib edilib. Bu barədə Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib: "Belə bir səfər planlaşdırılmayıb". Qeyd edək ki, buna qədər Ermənistan KİV-də Paşinyanın COP29 çərçivəsində Bakıya gələ biləcəyinə dair iddialar səsləndirilmişdi.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, rəsmi İrəvan Paşinyanın COP29 tədbirində Bakıya səfər edə biləcəyi haqda xəbərləri təkzib etsə də, bu, mümkünsüz deyil və belə gözləntilər var. Ekspertin sözlərinə görə, Bakı və İrəvanın noyabrda Bakıda keçiriləcək COP29 tədbirinə qədər sülh sazişində irəliləyiş əldə etməsi gözlənilən ssenarilərdəndir:
"Hər iki tərəf - Bakı və İrəvan da məsələyə “soyuq” yanaşmır. Noyabra qədər sülh sazişi ilə bağlı irəliləyiş olarsa, Paşinyanın COP29 tədbirində iştirakı gözlənilən variantlardandır. Bu, Ermənistanın COP29-a ev sahibliyi üçün namizədliyini Azərbaycanın xeyrinə geri götürməsi siyasətinin də məntiqi davamı ola bilər. Paşinyanın özünün də Bakıya gəlmək istədiyi istisna edilməməlidir. Belə bir dəvətdən imtina onun sülhə qarşı olduğu imicini yarada bilər, çünki noyabra qədər sülh sazişi ilə bağlı irəliləyişin əldə edilməsi və COP29-da Ermənstan liderinin iştirakını beynəlxalq oyunçular istəyir. Bunu anlayan Paşinyan Bakıya səfəri üçün yeni şərt irəli sürür".
Analitik hesab edir ki, Bakıda həbsdə olan ermənilər noyabra qədər azad edilsə, Ermənistanın COP29 tədbirində baş nazir səviyyəsində iştirakı müzakirə edilə bilər: "Bu şərt rəsmi İrəvan tərəfindən yox, hakimiyyətə yaxın media tərəfindən ortaya atılıb. İstisna deyil ki, rəsmi İrəvanın tezisləri əsasında hazırlanıb. Ermənistan hakimiyyətinin bu “şərti”nin bir neçə hədəfi var. COP29-da iştirakdan imtinasını beynəlxalq ictimai rəydə əsaslandırmağa və bununla “sülhə qarşı” olmadığını göstərməyə çalışır. Beynəlxalq diqqəti Bakıda həbsdə olan cinayətkar ermənilərə yönəltmək istəyir və COP29-u onların buraxılması üçün fürsət olaraq görür. Həbsdə olan ermənilərin azad edilməsinə nail olarsa, daxili ictimai rəydə xal qazana bilər. Mümkündür ki, noyabra - COP29 tədbirinə qədər Ermənistanın bu “şərti” rəsmi səviyyədə irəli sürülə bilər. Azərbaycanın separatçılar istisna olmaqla, digər erməniləri Ermənistana təhvil verməsi də mümkün variantlardandır. Separatçılar Paşinyanın özünə də lazım deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur
Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB
22:38 28.09.2026
Gündəm
Şahin Mustafayev iranlı nazirlə görüşüb
21:59 28.09.2026
Gündəm
Livan ABŞ ilə yenilənmiş tərəfdaşlığa ümid edir
21:46 28.09.2026
Dünya
Tramp İrana qarşı sanksiyaları yumşalda bilər
21:01 28.09.2026
Aktual
Odessaya gedən iki yük gəmisini vurduq - Rusiya MN
20:50 28.09.2026
Gündəm
FTB-nin direktor müavini istefa verdi
20:34 28.09.2026
Dünya
Qızıl ucuzlaşmaqda davam edir
20:08 28.09.2026
İqtisadiyyat