Bezalelin "Böyük İsrail xəritəsi": Türkiyənin adı yoxdur...
Bezalelin "Böyük İsrail xəritəsi": Türkiyənin adı yoxdur...
12:32 11.10.2024
Dünya
437
İsrailin maliyyə naziri Bezalel Smotriç “Vəd edilmiş torpaqlar” məqsədindən danışarkən hədəf ölkələri bir-bir sadalayıb.
Sherg.az Teleqraf.com-a istinadla xəbər verir ki, Smotriç ölkə sərhədlərini Türkiyəyədək genişləndirmək istəyində olduqlarını bildirib.
Nazir sərhədləri İordan çayının o biri tərəfinə qədər uzanacaq “Böyük İsrail”i təsvir edib.
Rejissor Jerem Seskenin çəkdiyi “İsrail: Xaos Nazirləri” adlı sənədli filmdəki çıxışında Smotriç bildirib ki, İsrailin suverenliyi altında olan sərhədlər indiki vəziyyətlə məhdudlaşmayacaq. Nazirin “Mən yəhudi dövləti istəyirəm” ifadəsinin ardınca aparıcı bunun nə demək olduğunu sorğuşub. Smotriç ona “Yəhudi dövləti. Bu, olduqca mürəkkəbdir. Yəhudi xalqının dəyərlərinə görə idarə olunan dövlət” cavabını verib.
Jurnalist İsrail nazirinə belə bir sual da ünvanlayıb: “İsrailin suverenliyi dənizdən İordaniyaya qədərdir? Hamısı budur, yoxsa daha sonra İordan çayının o biri tərəfi də fəth ediləcək?”.
Smotriç buna “yavaş-yavaş” cavabını verib: “Müdariklərimizin kitablarına görə, Yerusəlimin (Qüds) gələcəyi Dəməşqə qədər uzanacaq. Təkcə Yerusəlim Dəməşqə qədərdir”.
Böyük Yəhudi Dövləti anlayışı yəhudilərin müqəddəs kitablarında qeyd olunan “Vəd edilmiş torpaqlar” inancına, yəni bugünkü Fələstin, Suriya və İordaniya da daxil olmaqla böyük bir coğrafiyada genişlənmək məqsədinə əsaslanır.
Sənədli filmdə Bezalel Smotriç barəsində belə bir ifadə işlədilib: “O, vəd edilmiş torpaqlar haqqında ifrat fikirlərə varır”.
Smotriçin sərhədlərini təsvir etdiyi Böyük İsrailin xəritəsi də dərc olunub. Bura İordaniya, Suriya, Livan, İraq, Suriya, Fələstin və Səudiyyə Ərəbistanı daxildir. Türkiyə xəritədə yer almayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə