İtkin şəxslərin ailə üzvləri Xankəndi və Şuşada
İtkin şəxslərin ailə üzvləri Xankəndi və Şuşada
09:20 14.10.2024
Cəmiyyət
432
İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvlərinin Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfəri təşkil olunub.
Sherg.az Report-a istinadən xəbər verir ki, “Qarabağ itkin ailələri” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən səfərdə ölkənin müxtəlif rayonlarından olan ailələrin üzvləri iştirak edib.
İtkin düşmüş hesab edilən şəxslərin ailə üzvləri səfər çərçivəsində ilk olaraq Ağdam şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər. Səfər iştirakçılarına işğal altında olduğu müddət ərzində şəhər qəbiristanlığının ermənilər tərəfindən tamamilə dağıdıldığı barədə məlumat verilib. Qeyd edilib ki, ermənilər məzarlardakı sümük qalıqlarını belə çıxararaq məhv ediblər. Ağdamın işğaldan azad olunmasından sonra isə 1990-cı illərin əvvəllərində çəkilən foto və videolara istinadla qəbirlərin yeri müəyyənləşdirilib, boş məzarlar bərpa edilib.
Səfərin davamında itkin düşmüş şəxslərin ailə üzvləri Xocalı şəhərində olublar. Xocalıda itkin düşmüş hesab edilən və qalıqları 30 ildən sonra kütləvi məzarlıqlarda tapılaraq kimliyi müəyyən edilən şəxslərin dəfn olunduğu Şəhidlər Xiyabanı ziyarət edilib. Hələ də öz doğmalarının axtarışında olan ziyarətçilər Xocalı Şəhidlər Xiyabanında uyuyanları hörmətlə anaraq onların ruhuna dualar ediblər. Şəhidlər Xiyabanını ziyarət edən səfər iştirakçıları erməni xislətinin sərhəd tanımadığına bir daha əmin olaraq gördükləri mənzərədən dərin təəssüf hissi keçirdiklərini bildiriblər.
Daha sonra Xankəndinə yollanan ziyarətçilər orada yaradılan şərait və şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olublar, xatirə şəkilləri çəkdiriblər. Səfərin davamında Şuşa şəhərinə gələn qonaqlar Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Onlar itkin düşmüş hesab olunan doğmalarının tapılması məqsədilə dünya ictimaiyyətinə üz tutaraq beynəlxalq birliyi Qarabağdakı kütləvi məzarlıqların yerləri haqqında məlumatları təqdim etməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə