4 yaşlı uşağın bağırsağından 13 ədəd maqnit çıxdı
Yusif Nəzərli
02:46 16.12.2024
Sağlamlıq
387
Türkiyədə 13 ədəd maqnit muncuq udan uşaq uğurlu əməliyyatdan sonra sağlamlığına qovuşub.
"Medicina" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Yozqatda baş verib. Belə ki, 4 yaşlı oğlan uşağı maqnit muncuqları udub.
Yozqat Şəhər Xəstəxanasına yerləşdirilən uşaq burada əməliyyat olunub. Uşaq cərrahı Serkan Odabaşı bildirib ki, uşağın qarnından çıxarılan maqnitlər adi maqnitlərdən 5-10 dəfə artıq çəkim gücünə malik ola bilər:
“Əsasən oyun məqsədilə satılan bu maqnitlər müxtəlif rəngləri və parlaq görünüşləri ilə uşaqların marağını cəlb edir və onlar tərəfindən udula bilir. Güclü çəkim gücü səbəbindən maqnitlər mədə, bağırsaq kimi orqanlarda bir-birini cəzb edə bilər.
Bu isə qalın bağırsaq toxumasında qanqrena, deşilmə, orqanlar arasında keçid yollarının qapanması kimi problemlərə səbəb ola bilər. Xəstəxanamıza müraciət edən pasiyenti rentgen müayinəsi etdik.
Maqnitlərin yer dəyişmədiyi aşkar olundu və əməliyyata qərar verdik. Qapalı əməliyyat vasitəsilə maqnitlərin yerini təyin etdik və təxminən 3-4 sm-lik bağırsaq hissəsində zədə olduğu üçün həmin hissəni çıxararaq əməliyyatı tamamladıq. Əməliyyat zamanı uşağın bədənindən 13 ədəd rəngli maqnit çıxarıldı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət