Avropa üçüncümüz: “Yarımfinalda təcrübə çatışmazlığından məğlub oldum”
08:58 23.04.2021
İdman
442
Avropa çempionatında sərbəst güləşdə sonuncu medalımız Osman Nurməhəmmədovdan gəlib.
Oxu.Az xəbər verir ki, qitə birinciliyində ilk dəfə iştirak edən güləşçimiz 92 kq-da bürünc medal qazanıb.
Osman yarışdakı çıxışı barədə Azərbaycan Güləş Federasiyasının saytına bunları deyib:
“Bu mənim ilk ciddi yarışım idi. Avropa çempionatına hazırlığımız yüksək səviyyədə keçmişdi. İlk görüş hər zaman çətin keçir. Almaniya güləşçisinə qalib gəldikdən sonra daha da artırdım.
İkinci görüşdə Bolqarıstan güləşçisinə qalib gəldim. Ancaq yarımfinalda Rusiya təmsilçisiylə mübarizədə təcrübə çatışmazlığından məğlub oldum.
Növbəti günə kökləndim. Nəyin bahasına olursa-olsun qələbə qazanmaq haqqında düşünürdüm. Bürünc medal uğrunda görüşü səhvsiz keçirdim və Avropa üçüncüsü oldum.
Növbəti dəfə çempion olmağa çalışacağam. Yığma komandanın bütün məşqçilərinə və yüksək səviyyədə təlim-məşq toplanışı keçməyimiz üçün şərait yaradan federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Qazandığım bu medalı azarkeşlərə həsr edirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm