Azərbaycan Avropa çempionatında beş medal qazandı: Neçənci olduq?
07:38 12.04.2021
İdman
551
Rusiyanın paytaxtı Moskvada ağırlıqqaldırma üzrə kişilərdə 99-cu, qadınlarda 33-cü Avropa çempionatı başa çatıb.
Cəmi üç idmançı ilə yarışa çıxan millimiz ümumilikdə beş medalla Vətənə qayıdır. Belə ki, qadınların yarışında Boyanka Kostova (-59 kq) iki qızıl və bir bürünc, kişilərin yarışında Dadaş Dadaşbəyli (-102 kq) bir qızıl və bir bürünc medal qazanıb.
Bu medallardan ikisi – bir qızıl və bir bürünc böyük medal sayılır. İdmançılarımızın qazandığı iki qızıl və bir bürünc medal isə kiçik medaldır (birdən qaldırma və təkanla qaldırma hərəkətlərinə əsasən).
Bəs millimiz bu nəticə ilə Avropa çempionatını neçənci yerdə başa vurdu?
Oxu.Az bunu araşdırıb.
Ümumi medallara görə Azərbaycan millisi yarışı 9-cu sırada bitirib. Ən çox medal qazanan meydan sahibi Rusiya olub. Lakin qazandıqları 24 medaldan cəmi ikisi qızıl olduğundan (2 qızıl, 12 gümüş və 10 bürünc medal) 10-cu sırada qərarlaşıblar. Ukrayna 17 medal qazanıb. 10 qızıl, 3 gümüş və 4 bürünc medalla birinci yeri tutublar.
Əsas medallara görə isə yığmamız 10-cu sıranı tutub. Burada da Ukrayna birincidir. Dörd qızıl, bir gümüş və bir bürünc medal qazanan Ukrayna idmançıları münasibətləri pis olan qonşu Rusiyada lider olublar. Yeri gəlmişkən, hər iki sıralamaya görə, Bolqarıstan ikinci yeri tutub.
Qeyd edək ki, 3-11 aprel tarixlərində keçirilmiş Avropa çempionatında ümumilikdə 20 ölkə (əsas medal qazanmasına görə isə 16 ölkə) medal qazana bilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm