Beş sərbəst güləşçimiz Budapeştdə xalça üzərinə çıxır
08:02 18.03.2021
İdman
459
Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürəcək.
Oxu.Az xəbər verir ki, yarışın ilk günündə sərbəst güləş millimizin beş üzvü bu il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün xalça üzərinə çıxacaq. Yarışlar Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Güləşçilərimiz Olimpiadaya vəsiqəni rəsmiləşdirmək üçün mütləq finala yüksəlməlidir. Finalçılar bu gün müəyyənləşəcəyindən, sabahkı həlledici görüşlər formal xarakter daşıyacaq.
Sərbəst güləş
57 kq
1/8 final. İslam Bazarqanov – Niklas Ştexele (Almaniya)
65 kq
1/8 final. Hacı Əliyev – Corc Ramm (Böyük Britaniya)
74 kq
1/8 final. Hacımurad Hacıyev - Şarl Andre Afa (Fransa)
86 kq
1/8 final. Əbubəkr Abakarov – İştvan Vereb (Macarıstan)
125 kq
1/4 final. Camaləddin Məhəmmədov – Tapani Heyno (Finlandiya)
Qeyd edək ki, bugünkü yarışa qədər sərbəst güləşdə yalnız Şərif Şərifov (97 kq) Olimpiadaya vəsiqə qazanıb. Olimpiya çempionumuz 2019-cu ildə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatında buna nail olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə