
"Braqa" oyuna ciddi şəkildə hazırlaşıb gələcək: Əks hücumda onları yaxalaya bilərik -ŞƏRH
09:42 16.02.2024
İdman
531
Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada “Braqa”nın qonağı olub. Tarixində ilk dəfə UEFA Avropa Liqasının 1/16 mərhələsinə yüksələn Azərbaycan təmsilçisi Portuqaliyadan 4:2 hesablı qələbə ilə dönüb. “Köhlən atlar”ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar. Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (pen) fərqləniblər. Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
Matçı dəyərləndirən idman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"a açıqlamasında bildirib ki, oyunun gedişi və komandamızın performansı möhtəşəm idi:

"Futbolda möcüzə anlayışı yoxdur. "Neftçi" komandasının fanatı olmağıma baxmayaraq, hər bir Azərbaycan vətəndaşı kimi qələbəyə çox sevindim. Çəkiliş üçün ezam olunmuş jurnalistlər söyləyirdilər ki, Braqa sakinləri oyunu önəmsəmir və oyuna gəlməyi belə mənasız hesab edirdilər. Bu səbəbdən tribunaların çoxu boş qalıb. Hesab 5:2 ola bilərdi. Lakin Nəriman Axundzadənin təcrübəsizliyi buna imkan vermədi. Təəssüflər olsun ki, qapıçımızın da səhvləri oldu. Cavab oyunu çox ağır olacaq və"Braqa" oyuna ciddi şəkildə hazırlaşıb gələcək. Bakıdakı cavab oyunundan istəyim odur ki, ən azından hesab bərabər olaraq qalsın. Çünki əks tərəf güclüdür. Bakıda keçrilən oyunun başlanğıcında rəqib sürətli hücuma başlayacaq. Bu da bizim xeyrimizədir ki, əks hücumda onları yaxalaya bilərik. Böyük ehtimal ki, komandamız turu keçib. Çünki ikinci oyunda 2 top fərqimiz var və 1 xalla uduzsaq da mərhələni keçəcəyik. Hə kəs cavab matçını səbirsizliklə gözləyir. Ancaq maksimum ehtiyyatlı olmaq lazımdır. Ona görə ki, rəqib oyuna çox güclü hazırlaşacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm