Braqanın baş məşqçisi: Bizim üçün ağır məğlubiyyətdir
Yusif Nəzərli
23:15 15.02.2024
İdman
540
Bizim üçün çox ağır məğlubiyyətdir.
"Report" xəbər verir ki, bunu "Braqa"nın baş məşqçisi Artur Jorje Portuqaliyada "Qarabağ"a 2:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra "Sport TV"yə açıqlamasında deyib.
Mütəxəssis komanda olaraq bir araya gəlməli olduqlarını bildirib: "Dərhal bunu tətbiq edəcəyik. Növbəti həftə bizi cavab qarşılaşmasının gözlədiyini bilirik. Bu, istədiyimiz nəticə deyil. Səfərdə 3:0 hesablı qələbə lazımdır. Çox çətindir. Üzərimizə böyük məsuliyyət düşür".
Baş məşqçi azarkeşlərin narazılığı haqqında da danışıb: "Onları başa düşürəm. Narazılıq, məyusluq, hətta kədəri də hiss edirəm. Daha çox çalışmalıyıq və iş görməliyik. Fanatlarımızın bizim yanımızda olmasını istəyirik".
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm